Kriptobirjada son durum: Bitcoin 1% dən çox ucuzlaşıb
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qlobal kriptovalyuta bazarında son sutkada əsas aktivlər üzrə qarışıq qiymət dinamikası qeydə alınıb.
“APA-Economics” xəbər verir ki, bazar kapitallaşması 0,81% azalaraq 2,24 trilyon ABŞ dollarına enib. “CoinMarketCap” 20 (CMC20) indeksi isə 0,89% geriləyərək 133,91 bənd təşkil edib.
Ən böyük kriptovalyuta olan “Bitcoin” (BTC) son 24 saatda 1,02% ucuzlaşaraq 65 633,82 ABŞ dollarına düşüb. “Ethereum” (ETH) 0,58% azalaraq 1 922,52 dollar, BNB isə 0,26% enərək 569,98 dollar səviyyəsində ticarət olunur.
İlk onluqda ən çox geriləyən aktiv “Zcash” (ZEC) olub. Onun qiyməti son 24 saatda 1,63%, son bir həftədə isə 9,23% azalıb. “Bitcoin Cash” (BCH) 2,90%, Bittensor (TAO) isə 2,69% dəyər itirib.
Bununla yanaşı, qızılla təmin olunan rəqəmsal aktivlər “Tether Gold” (XAUt) və PAX Gold (PAXG) müvafiq olaraq 0,06% və 0,08% bahalaşıb.
Bazardakı zəif dinamika investorların riskli aktivlərə ehtiyatlı yanaşması, Yaxın Şərqdə geosiyasi gərginlik fonunda təhlükəsiz aktivlərə marağın artması və mənfəət realizasiyası ilə əlaqələndirilir. Bu səbəbdən kapitalın bir hissəsi qızılla təmin olunan tokenlərə yönəlir, əsas kriptovalyutalarda isə satış təzyiqi müşahidə olunur.
Baxış sayı:92
Bu xəbər 23 İyul 2026 08:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















