Icma.az
close
up
RU
Kriptovalyuta təlimlərinin hansı faydaları var?

Kriptovalyuta təlimlərinin hansı faydaları var?

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və kriptovalyuta və blokçeyn sahəsində tanınmış tədris platforması olan “Binance Academy”nin təşkilatçılığı, ASAN İnnovativ İnkişaf Mərkəzinin nəzdində fəaliyyət göstərən Blokçeyn Tədris Mərkəzinin dəstəyi ilə Bakıda üçgünlük intensiv “CryptoA2Z” təlimləri keçiriləcək. Mərkəzdən bildirilib ki, təlim proqramı kriptovalyuta və blokçeyn sahəsində biliklərini artırmaq istəyənlər, həmçinin bu sahəni yeni öyrənmək istəyənlər üçün nəzərdə tutulub. Tədbirin məqsədi Azərbaycanda “Binance” ekosistemini tanıtmaq və genişləndirmək, eləcə də yerli dövlət qurumları ilə əməkdaşlığı gücləndirməkdir.

Maraq böyük olsa da...

Məlum olduğu kimi Azərbaycanda kriptovalyutalara investorlarda böyük maraq olsa da, ümumi monetar yanaşma konservativdir. Kriptovalyuta sektoru yüksək riskli investisiya aktivləri olduğundan onun maliyyə sektorunda tətbiqi təhlükəli sayılır. Bu sahədə hüquqi infrastrukturun olmaması belə sərt xarici şoklar yarada, daxili valyuta bazarında sabitlik pozula bilər. Eyni zamanda, hazırda ölkəmizdə kriptovalyutaların onlayn alışı və satışı halları mövcud olmasına baxmayaraq, bu risk alətlərinin tənzimlənməsi üçün qəti addımların atılması da aktualdır. Mərkəzi Bank bu sahədə tənzimlənmənin aparılması üçün müxtəlif ssenarilər işləyir və öz strategiyası çərçivəsində bu istiqamətdə tədbirlər görmək niyyətindədir.

Bundan başqa, kriptovalyutanın kəskin qiymət sıçrayışları valyuta seqmentində də narahatlıqlar yaradır. Blokçeyn texnologiyaları üzrə qlobal ekspertlər hesab edirlər ki, 2025-ci ildə isə bu sahənin potensialı özünü real olaraq göstərəcək və dünya maliyyə sisteminə kəskin təsirləri olacaq. Kriptovalyuta bazarının 2025-ci ildə böyüməsi və təsiri bu sənayeni maliyyə sektorunda aparıcı rolunu artırır. Hətta “Bitcoin”in “Mastercard”, “Viza”,  “SWIFT” ödəniş mübadilə sisteminə inteqrasiyası mümkün hesab edilir. Bir sözlə, artıq “Bitcoin” həm yığım, həm də tədavül vasitəsinə çevrilməklə qlobal maliyyə sistemini dəyişdirməkdədir. Bu isə bazara institusional investorların gəlməsinə, likvidlik və sabitliyin yüksəldilməsinə, investorları yeni maliyyə alətlərinın cəlbinə şirnikləndirir.

Bütün bunları nəzərə aldıqda Azərbaycanın investorları üçün də kriptobazara maraq artır, bəzi səhmdarlar qlobal maliyyə alətlərinə sərmayə etməyə meyl edir. Mövcud situasiyalar da ona işarə edir ki, nə qədər konservativ baxış olsa belə, artıq qlobal genişlənmə digər ölkələri, o cümlədən blokçeynə ehtiyatla yanaşan Azərbaycanın da bu sistemə inteqrasiyasını labüdləşdirir. Risk və təhdidlərə rəğmən, ölkəmizdə son illərdə kiberhücumlara qarşı dayanıqlı platformaların qurulması, xüsusilə də Kibertəhlükəsizlik Mərkəzinin yaradılaraq fəaliyyətə başlaması, davamlı olaraq müxtəlif sahələrin təmsilçiləri üçün kibertəhlükəsizlik təlimlərinin keçirilməsi blokçeyn texnologiyaları üzrə gözlənilən təhdidlərin qarşısını almağa imkan verir.

Yeni reallıqlar kriptovalyutanı Azərbaycana da gətirə bilər

Hazırda ölkəmizdə “Rəqəmsal hökumət”ə keçidin təmin edilməsi və “Hökumət buludu”nun yaradılması istiqamətində işlər dayanmadan davam etdirilir. Ölkəmizdə texnoloji inkişaf, rəqəmsallaşma, süni intellektin tətbiqi artır, dövlət qurumları,özəl sektor və cəmiyyətin bütün digər seqmentlərində rəqəmsallaşma dayanmadan irəliləyir. Vətəndaşlar hətta öz kripto hesablarını yaratmaqdadır. İnkişaf meyarları bir çox startapların da kriptobazara inteqrasıyasını sürətləndirməkdədir. Bir sözlə, biznesin qlobal səhm və investisiya icmaları ilə ünsiyyəti genişlənir, yeni maliyyə vektorlarına tələb ildən-ilə daha da çoxalır. Bütün bu amilləri nəzərə aldıqda, kriptovalyuta və blokçeynlərin ölkəmizin bazarına “müdaxiləsi” qaçılmaz olacaq.

Kriptovalyuta ilə bağlı ölkəmizdə yetkin təcrübə və zəruri biliklərin olmaması isə bu sahəyə maraq göstərənləri ciddi təhülkələrlə üz-üzə qoya bilər. Onların blokçeyn texnologiyaları haqqında nüfuzlu ekspert və qlobal bazar iştirakçılarının təlim və tövsiyələrinə ehtiyacları var. Ölkəmizdə fəaliyyət göstərən Blokçeyn Tədris Mərkəzi bu istiqamətdə maraqlı layihələr həyata keçirsə də, yerli biznesin xarici investor dəstəyinə ehtiyacı böyükdür. Bu baxımdan 4SİM və kriptovalyuta və blokçeyn sahəsində tanınmış tədris platforması olan “Binance Academy”nin təşkilatçılığı ilə keçirilən “CryptoA2Z” təlimləri investor, bank və maliyyə icmasının kriptovalyuta və blokçeyn sahəsində biliklərinin artmasına mühüm rol oynayacaq.

Elbrus CƏFƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Aprel 2025 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see330

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see320

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see312

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see304

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see299

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see290

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see282

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see271

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see266

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see262

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see248

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see228

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see226

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see216

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see216

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see206

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see193

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see174

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri