Icma.az
close
up
RU
Kriptovalyutalar daha da ucuzlaşa bilər İqtisadçı

Kriptovalyutalar daha da ucuzlaşa bilər İqtisadçı

Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.

Son vaxtlar kriptovalyuta bazarında ciddi enişlər müşahidə olunur. Bitkoin və digər aparıcı rəqəmsal valyutaların qiymətlərində dalğalanmalar investorlar arasında narahatlıq yaradıb. Əksəriyyət düşünürdü ki, Donalt Trampın yenidən hakimiyyətə gəlməsindən sonra kripto bazarı bahalaşacaq. Bəs nə üçün kriptovalyutalar belə aşağı həddə enib? Vəziyyət nə vaxtadək davam edəcək?

İqtisadçı ekspert Elman Sadıqov Metbuat.az-a açıqlamasında bildirib ki, hazırda kriptovalyuta bazarında baş verənlər eyforiya dövründən sonra bazarın real göstəricilərinə qayıtmasıdır.

Onun sözlərinə görə, burada digər məqamlar da var:

“İkinci məsələ isə ondan ibarətdir ki, faktiki olaraq kriptovalyuta bazarındakı qiymətlər sadəcə xəbərlər əsasında süni şəkildə şişmişdi. Məsələn, Trampın kriptovalyutalarla bağlı bəyanatları nəticəsində bazarda qısa müddətli böyümə və süni qiymət artımı müşahidə olundu. Üçüncü isə odur ki, hazırda kriptovalyuta bazarı demək olar ki, əsasən Amerika ətrafında cəmləşib. Ümumilikdə 20 milyon kriptovalyuta buraxılıb və bundan sonra cəmi 1 milyon yeni kriptovalyuta buraxılacaq. Digər vacib məqam isə kriptovalyutaların əsas funksiyalarından biri pandemiya dövründə dövriyyəyə buraxılan böyük məbləğdə nağd vəsaitlərin sterilizasiyası oldu. Belə ki, həmin vəsaitlərin inflyasiya riski yaratmaması üçün müəyyən maliyyə alətlərinə cəlb edilməsi zərurəti yaranmışdı. Bu prosesdə birjaların şişməsinin qarşısını almaq üçün kriptovalyutalar bir növ tarazlayıcı rol oynadı. Bununla belə, birjalarda kritik bir köpük yaranmadı, çünki bir hissəsi kriptovalyutalara yönəldi”.

İqtisadçı hazırda bazarda 1000-dən çox kriptovalyutanın mövcudluğundan danışıb:

“Lakin onların bir çoxu ləğv edilib və ya batıb. Təəssüf ki, bir çox kiçik investorlar bu proseslər nəticəsində ciddi zərərlər gördülər. Hazırda mövcud olan ən böyük kriptovalyuta isə Bitkoindir. Bunun üzərində ciddi spekulyasiyalar mövcuddur. Lakin ciddi investorlar və iqtisadçılar bu kriptovalyutanın gələcəyini görmürlər. Onların fikrincə, bir neçə ildən sonra ya tamamilə yox olacaq, ya da çox aşağı qiymətə düşəcək. Bununla yanaşı, kriptovalyutaların qiymətləri əsasən söz-söhbətlər və şayiələrlə dəyişir. Bu isə bazarda müəyyən qüvvələrin qazanc əldə etməsinə səbəb olur. Təəssüf ki, bu proseslərdə kiçik investorlar ciddi zərərlərə məruz qalırlar. Trampın hakimiyyətə gəlməsi ilə bəzi kriptovalyutalar ciddi dəyər qazandı, lakin sonradan həmin dəyəri itirdi. Hətta bəzi kriptovalyutalar öz dəyərlərinin 50-60 faizi qədər aşağı düşüb. Bu isə kriptovalyutalarla bağlı ehtiyatlı olmağın vacibliyini göstərir”.

E.Sadıqov qeyd edib ki, kriptovalyutalar az sayda iri investorun əlində cəmləşib və onlar bazarda manipulyasiya edə bilirlər:

“Məsələn, bazarda kütləvi şəkildə kriptovalyuta alaraq qiymətləri süni şəkildə artırır, sonra baha qiymətə sataraq əlavə vəsait qazanırlar. Bu proses təkrarlanır, ciddi oyunçular istədiklərini edirlər və bu da bazarın qeyri-sabit qalmasına gətirib çıxarır. Burada blokçeyn texnologiyası təhlükəsizlik baxımından üstünlük təşkil etsə də, bu sadəcə kiçik investorlar üçün deyilmiş məsələlərdir. Hətta bəzi böyük investorlar bu kriptovalyutaları bir əldən deyil, müxtəlif şirkətlər vasitəsilə bir neçə əldən satırlar bazara çıxarırlar ki, bu da kiçik investorların aldanmasına səbəb olur. Dövlətlər isə kriptovalyutalara sərmayə qoymağa tələsmirlər, çünki bu bazar yüksək volatilliyə malikdir. Qiymətlərin sürətli dəyişməsi səbəbindən iri investisiya şirkətləri də kriptovalyutalardan uzaq durmağa üstünlük verirlər. Yalnız müəyyən faiz həcmində sərmayələr yatırılır və bu əsasən kriptovalyuta üzrə ixtisaslaşmış şirkətlər tərəfindən həyata keçirilir. Onları da böyük investorlar özlərinə xidmət etsin deyə yaradıb”.

Mütəxəssis əlavə edib ki, istər Tramp, istərsə də digər dövlət rəhbərlərinin kriptovalyutalar haqqında dedikləri bazara qısamüddətli təsir edə bilər:

“Lakin uzunmüddətli perspektivdə kriptovalyutaların iqtisadi əsası hələ də zəifdir. Çünki onların arxasında konkret iqtisadi dəyər dayanmır. Üstəlik, kriptovalyutaların bəzi hallarda çirkli pulların yuyulması, narkotik və insan alveri, korrupsiya və kapitalın ölkələrdən çıxarılması kimi qanunsuz fəaliyyətlərdə istifadə edildiyi iddia olunur. Kriptovalyutalarla bağlı tez-tez spekulyasiyalar edilir: "200 000 olacaq", "500 000 olacaq", "1 milyon olacaq". Həqiqətən, müəyyən manipulyasiyalar nəticəsində Bitkoin 100 minə qədər yüksəlməyə çalışıb, lakin bu süni müdaxilələr olmadan çətin görünür. Tramp prezident olduqdan sonra bir müddət bazarda ajiotaj yaşandı, lakin hazırda qiymətlər yenidən düşməyə başlayır. Bu isə gözlənilən idi”.

E.Sadıqov qiymətlərin qalxma ehtimalından danışarkən düşmə ehtimalını da istisna etməyib. O bildirib ki, bu, bazardakı iri oyunçuların hərəkətlərindən asılıdır. Onlar ucuz aldıqları kriptovalyutaları daha baha satmaq üçün bazarda qiymət manipulyasiyaları edirlər.

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 27 Fevral 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qriqoryan Şirvanzadə məktəbində səs verdi Divarların vəziyyəti müzakirə mövzusu oldu

07 İyun 2026 20:15see552

Naxçıvanda kanalda boğulan Elmir tanınmış dirijorun oğlu imiş FOTO

07 İyun 2026 14:39see465

Kanalda boğulan Elmir generalın qardaşı oğlu imiş

08 İyun 2026 12:45see308

Ermənistan seçicisi Paşinyanın sülh xəttinə və Avropaya inteqrasiya kursuna mandat verdi

08 İyun 2026 11:44see236

Bu şəxslərin beyni daha gec YAŞLANIR

08 İyun 2026 02:03see192

Azərbaycan və Skandinaviya arasında enerji əməkdaşlığı üçün unikal imkanlar

09 İyun 2026 06:32see188

2026 cı ildə Avropa aviaşirkətlərinin mənfəəti azalacaq Uilli Uolş

07 İyun 2026 19:47see184

Parkinqdə sürücülər əsassız yerə cərimələnirlər? Həll yolu nədir? FOTO

07 İyun 2026 18:28see184

İmmunitetdən kənar faydalar: hanımeli bədən üçün nə edir?..

07 İyun 2026 20:44see178

Media sənayesində əhəmiyyətli dəyişikliklər gözlənilir...

07 İyun 2026 20:55see176

Ərdoğan: Sıfır Tullantı Hərəkatı sayəsində Türkiyə iqtisadiyyatına 365 milyard lirə töhfə verilib

07 İyun 2026 19:45see176

Qonşulara pul verdilər, üç gün toy etdilər… Detallar

08 İyun 2026 03:07see172

İranın hücumları zamanı vurulan sərnişin təyyarəsi deyil AÇIQLAMA

08 İyun 2026 01:29see169

Ermənistan sülh gündəliyini fəal şəkildə davam etdirəcək Armen Qriqoryan

07 İyun 2026 19:19see168

Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanı fəaliyyətini DAYANDIRDI

08 İyun 2026 01:48see167

“Mediada oxudum” Emin Ağalarov atasının ikinci evliliyi haqqında

08 İyun 2026 02:48see167

Günün qoroskopu: İnsanlar sizdən ilham alacaq

09 İyun 2026 00:01see166

Türkiyədə tanınmış aktrisa ərə gedir

07 İyun 2026 15:18see165

Soçi aeroportunda izdiham: Təyyarələr uça bilmir Video

07 İyun 2026 16:52see165

Diz ağrısı ilə xəstəxanaya getdi, rentgendə yüzlərlə qızıl aşkarlandı

09 İyun 2026 06:00see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri