Icma.az
close
up
RU
“Kristal Bakı Qanlı göl ün ətrafındakı sakinlərin qan ını almaq istəyir Şirkət nə vaxtdan tiklinin qanunsuz olduğunu müəyyən edən qurum olub ki...

“Kristal Bakı Qanlı göl ün ətrafındakı sakinlərin qan ını almaq istəyir Şirkət nə vaxtdan tiklinin qanunsuz olduğunu müəyyən edən qurum olub ki...

Icma.az, Mia.az saytına istinadən bildirir.

“Kristal Bakı” şirkəti “Qanlı göl” civarındakı “Park Yasamal” layihəsinin növbəti mərhələsinin icrasına başlamağa qərar verib. Şirkət yeni çoxmərtəbəli binaların inşasından ötrü onillərdir həmin ərazidə yaşayanları zorla evlərindən çıxarmaq istədiyindən, məhkəmədə sakinlərə qarşı iddialar qaldırıb.

Mia.az-ın məlumatına görə, bu barədə AzadlıqRadiosunu həmin sakinlərdən biri - Emil Səlimov bilgiləndirib.

Onun dediyinə görə, “Kristal Bakı” ASC Yasamal Rayon Məhkəməsində, atası Rafiq Səlimov da daxil, müxtəlif ev sahiblərinə qarşı evlərin boşaldılması tələbiylə iddia qaldırıb.

Emil Səlimov bildirir ki, şirkət evinin yerində tikəcəyi binalarda sakinlərə mənzil vermək istəmir. Təklif etdiyi kompensasiyanın məbləği isə yaşadıqları ərazi üzrə bazar qiymətlərindən dəfələrlə aşağıdır. Üstəlik, ən əsası, sakinlər onillərdir yaşadıqları ərazidən köçmək istəmir, öz evlərinin sahəsinə uyğun mənzil tələb edirlər:

“Biz 30 ildir bu evdə yaşayırıq, qeydiyyatımız var. Bütün kommunal xidmətlər ödənilir. İndi 'Kristal' özbaşınalıq edir, məhkəmədə iddia qaldırır ki, 'qanunsuz tikilidir, boşaldılsın'. Bizim 85 kvadratmetrlik evimizə də 60 min manat kompensasiya təklif edir. Özü 85 kvadratlıq tam təmirsiz, təkcə daş divarı o qiymətə satarmı? Bu qədər insafsızlıq, bu qədər vicdansızlıq olmaz”.

E.Səlimov atasının ciddi sağlıq problemləri yaşadığını da deyir. Məhkəməyə verilən digər qonşular da ağır xəstəliklərdən əziyyət çəkirlər. Sakinin fikrincə, məhkəmə çəkişmələri, insanların onillərdir yaşadıqları evlərdən zorla çıxarılması faciəyə gətirib çıxara bilər:

“Bunlar nə vaxt gəlib bizə hansısa təklif elədilər ki, razılaşmadıq, məhkəməyə verdilər? Şəxsən bizim ailə heç bir məbləğdə kompensasiya istəmir, evimizin sahəsinə uyğun ev istəyirik, artıq heç nə. Ailə üzvlərimin sağlamlığı ilə bağlı istənilən xoşagəlməz halın məsuliyyəti də bu şirkətin üzərindədir”.

“Kristal Bakı” R.Səlimova qarşı “pul ödənilməklə qanunsuz tikilinin boşaldılaraq sökülməsi” tələbinə dair ASC-nin iddiasına oktyabrın 14-də baxılacaq.

Avropa Məhkəməsi “Türkiyəyə qarşı” qərarında yazır ki...

“Kristal Bakı”nın “Qanlı göl” ətrafındakı sakinlərə qarşı davranışını AzadlıqRadiosuna şərh edən vəkil Nemət Kərimlinin fikrincə, məhkəmədə belə bir iddianı qaldırmağa şirkətin subyektiv hüququ yoxdur:

“Tikinti şirkəti o insanların yaşadıqları evlərin qanunsuz tikili olub-olmadığını müəyyənləşdirəcək orqan deyil. Şirkət özlüyündə həmin evlərin qanunsuz tikili olmasına qərar verib, üstəlik, onların sökülməsi tələbiylə iddia qaldırır? Tikinti şirkəti hansı səlahiyyətlə belə addım atır?”

N.Kərimli Avropa Məhkəməsinin “Öner Yıldız Türkiyəyə qarşı” qərarını yada salır. Həmin qərarda bəhs olunan olayda zibil qutularındakı yanğının alovu yaxınlıqdakı gecəqonduya qədər yayılmış və orada bir nəfərin ölümünə səbəb olmuşdu. Türkiyədə yerli məhkəmələr gecəqondunu özbaşına tikili kimi qiymətləndirsələr də, Avropa Məhkəməsi məsələyə fərqli yanaşıb. Qərarda göstərilib ki, illərlə insanlar orada yaşayıbsa, kommunal xidmətlərə görə ödəniş olunubsa, dövlət orqanları bunu görüb və bununla da faktiki mülkiyyət hüququ tanınıb. Beləliklə, həmin qərarda məhkəmə həm yaşamaq, həm də mülkiyyət hüququnun pozuntusunu tanımışdı:

“Avropa Məhkəməsinin presedent qərarları bütün üzv ölkələr üçün keçərlidir və bizim məhkəmələr də yeri gəldikcə istinad edir. Yasamalda da insanlar 30 ildir yaşayırlar, qeydiyyatları var, dövlət orqanları faktiki onların mülkiyyət hüququnu tanıyıb. İnsanlara da ya ədalətli şəkildə - öz evlərinin sahəsinə uyğun mənzil verilməlidir, ya da özləri istəsələr, bazar qiyməti ilə kompensasiya...”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://mia.az
archiveBu xəbər 01 Oktyabr 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see237

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see230

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see194

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see186

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see151

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see151

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see145

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see144

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see143

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see141

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see140

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see138

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see136

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see136

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see135

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see134

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see132

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see130

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri