KTMTnin növbəti sessiyası gələn il Qırğızıstanda keçiriləcək
Missiya.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbəti sessiyası 2025-ci ilin dördüncü rübündə Qırğızıstanda keçiriləcək.
Missiya.Az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov qurumun sessiyasının yekunlarına dair bildirib.
"Biz 2025-ci ildə regional və beynəlxalq vəziyyətə dair ümumi baxışların formalaşdırılması üçün xarici siyasət sahəsində qarşılıqlı əlaqələrin gücləndirilməsinə diqqət yetirmək niyyətindəyik", - S. Japarov qeyd edib.
Qırğızıstan lideri həmçinin vurğulayıb ki, təşkilata sədrlik dövründə diqqət bioloji təhlükəsizliyin təmin olunmasına, manipulyasiya yolu ilə gəncləri radikallaşmağa sövq edən destruktiv teologiya ilə mübarizəyə yönəldiləcək. O eyni zamanda hər il kibertəhlükəsizlik üzrə beynəlxalq konfransın keçirilməsini təklif edib.
Zərintac Mayisqızı
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 28 Noyabr 2024 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















