Kuba qaranlığa qərq oldu: Xəstəxanalar Türkiyədən gələn elektrik stansiyaları ilə canlı saxlanılır
Icma.az, Gununsesi portalına istinadən məlumat verir.
Kubanın ən böyük elektrik stansiyalarından biri olan Antonio Guiterasda yaranan nasazlıq səbəbindən ölkə daxilində milyonlarla insan yenidən qaranlığa qərq olub.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, hökumət məktəbləri bağlayarkən, vətəndaşları elektrik enerjisi bərpa olunana qədər evdə qalmağa çağırıb.
Bildirilib ki, Türkiyədən gələn üzən elektrik stansiyası xəstəxanaları və şəhərin bir hissəsini elektrik enerjisi ilə təmin edir.
Kubanın energetika naziri Visente de la O’Levi bəyan edib ki, Antonio Guiteras Elektrik Stansiyası sıradan çıxanda bəzi digər böyük elektrik stansiyaları da təmirdə olub və şəbəkə elektriksiz qalıb.
Qeyd edək ki8, Kubanın elektrik şəbəkəsi yanacaq çatışmazlığı, təbii fəlakətlər və iqtisadi böhran səbəbindən demək olar ki, tamamilə dağılıb. Venesuela, Rusiya və Meksikadan neft idxalının azalması nəticəsində elektrik stansiyaları bu il böhrana düşdü, nəticədə iki ay ərzində ölkə daxilində bir neçə dəfə elektrik enerjisi kəsildi.
Orxan Saffari
Baxış sayı:125
Bu xəbər 05 Dekabr 2024 09:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















