Kuba təhlükəsizlik qüvvələri Venesuelanı tərk edir...
Icma.az, Sia Az portalına istinadən məlumat verir.
...Kuba təhlükəsizlik işçiləri və bəzi hərbi məsləhətçilər Nikolas Maduronu həbs etmək üçün yanvar ayında keçirilən əməliyyatdan sonra ABŞ-ın təzyiqi altında Venesuelanı tərk edirlər.
SİA xəbər verir ki, Reuters bu barədə vəziyyətlə tanış olan 11 mənbəyə istinadən məlumat yayıb.
...Karakas və Havana rəsmi olaraq əməkdaşlığın kəsildiyini açıqlamayıblar.
Agentliyin məlumatına görə, Venesuela prezidenti vəzifəsini icra edən Delsi Rodriges öz təhlükəsizliyini Venesuela təhlükəsizlik qüvvələrinə həvalə edib.
Əvvəllər Maduro və onun sələfi Huqo Çaves elit Kuba bölmələrinə güvənirdilər. Bir neçə mənbə iddia edir ki, Kuba məsləhətçiləri daxili müxalifətin yatırılmasında əsas alət hesab edilən DGCIM hərbi əks-kəşfiyyat agentliyindəki işlərindən kənarlaşdırılıblar.
Kubanın bəzi hərbi və tibb işçiləri son həftələrdə vətənə qayıdıblar.
Bir mənbəyə görə, onların iştirakını azaltmaq qərarı Rodrigezin göstərişi ilə Vaşinqtonun təzyiqi səbəbindən verilib.
Digər Reuters mənbələri bunun məcburi geri çəkilmə, könüllü gediş və ya Havananın qərarı ilə geri çağırılma olub-olmadığını dəqiqləşdirməyib.
Lakin bir neçə mənbə bəzi hərbi məsləhətçilərin ölkədə qaldığını və bəzi kəşfiyyat işçilərinin çox güman ki, işlərini davam etdirdiklərini vurğulayıb.
Maduronun ABŞ qüvvələri tərəfindən ələ keçirildiyi 3 yanvar əməliyyatından sonra ABŞ prezidenti Donald Tramp Karakas və Havana arasında təhlükəsizlik əməkdaşlığına son qoymaq niyyətində olduğunu açıqlayıb.
Əli Babayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:183
Bu xəbər 23 Fevral 2026 18:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















