Icma.az
close
up
RU
Kuba yox, Quba... REPORTAJ

Kuba yox, Quba... REPORTAJ

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Səhər saat 7. Şəhərdə çox adam yoxdur. Bakı Dövlət Universitetinin qarşısında yığışan tələbələrin baxışlarında isə həyəcan, gözlərində isə qarşıdan gələn günə dair maraq oxunurdu. Sakit səhər küləyinin səsi tələbə qəhqəhələrinə qarışır, səfərə çıxmağın özünəməxsus təlaşı hər kəsin üzündə hiss olunurdu. Çünki gənclərin qarşısında təbiət macərası uzanırdı. Məkan isə Azərbaycanın incisi sayılan, yaşıllıqları, sərin çayları və təmiz havası ilə seçilən Quba idi.

Avtobus gələndə, hər kəs yerini tutmağa tələsdi. Amma səfərin başlanğıcında kiçik bir təəssüf də yaşandı–iştirakçılardan birinə avtobusda yer çatmadı və o, səfərə qoşula bilmədi. Bu, hər nə qədər məyusedici olsa da, qalan yolçular üçün günün ruhunu pozmadı. Musiqilər səsləndi, zarafatlar edildi, yol boyu şəhərdən uzaqlaşdıqca təbiətin fonunda daha da gözəlləşən mənzərə yolçuluğa fərqli bir aura qatdı.


Avtobus pəncərəsindən görünən dağlar, meşəliklər və mavi səma sanki hər bir sərnişinə "xoş gəlmisən" deyirdi. Yol boyunca tələbələr bir-birinə daha da yaxınlaşdı. Musiqilər, söhbətlər və gülüşlər bəlkə də bir semestrin yaratmadığı dostluqları bu qısa zamanda qurdu.

Qubaya çatdıqda hiss edilən ilk şey havanın təravəti oldu. Bakıdan fərqli olaraq burda nəfəs almaq belə bir başqa idi. Hər tərəf yaşıllıqlarla örtülmüşdü. Sanki yaz fəsli burada öz əl işini nümayiş etdirirdi. Quba meşələrinin sakitliyi, quşların səsi, torpaqdan gələn yaşıl qoxu tələbələrin iç dünyasında dərin bir sakitlik yaratdı.

Səfərin əsas dayanacaq nöqtəsi Qudyal çayı idi. Sakit meşənin içindən şırıltı ilə axan bu çay hər kəsi öz sərinliyi və gözəlliyi ilə heyran edirdi. Çayın bəzi hissələri dayaz, bəzi yerləri isə dərin idi. Su o qədər sürətlə axırdı ki, müəllimlər dəfələrlə "çox yaxınlaşmayın" deyə xəbərdarlıq edirdi. Amma bu xəbərdarlıqlar belə tələbələrin çayın gözəlliyinə valeh olmasına mane olmurdu.

Təbiətlə təmas yalnız baxmaqla kifayətlənmədi. Tələbələr arasında spontan şəkildə voleybol oyunu başladı. Həm yeməkdən əvvəl, həm də sonra davam edən bu oyun təkcə əyləncə yox, həm də bir komanda ruhunun təzahürü idi. Hər xalda, hər gülüşdə tələbə enerjisi hiss olunurdu.

Sakit anlarda isə bəziləri təbiətə fərqli gözlə baxdı. Mən isə çiçəklərdən tac hördüm, o tac da günün simvoluna çevrildi. Sanki o gülümsəyən gənclik təbiətlə vəhdət yaratmışdı...

Fakültəmizdə hər şey o qədər fərqlidir ki, müəllimlər həm dostumuz, həm müəllimiz, həm də həmkarlarımızdırlar. Digər fakültələrdə belə bir münasibətin olub-olmamasını isə bilmirəm. Qəribəsi odur ki, müəllimlərimin müəllimləri də bizə dərs keçirlər. Bəzən hesab edirəm ki, biz iki nəslin yetirmələriyik. Zaur müəllim və Samir müəllim dərs zamanı yaşadığı maraqlı hadisələrdən, Əli müəllim isə tariximizdən, maraqlı hobbisindən söhbət açırdı. Sərdar müəllim tez-tez yadımıza salırdı ki, mütləq videolarınızı montaj etməyə gəlin. Qubada olsaq belə işi unuda bilməzdik. Fasilədə Kənan müəllimdən müsahibəni yazmaq üçün yardım istədim. O da tərəddüt etmədən mənə kömək etdi. Hətta bu reportajı yazmaq fikrini də o verdi.


Çay süfrəsində isə maraqlı anlar, gülüşlər davam edirdi. Müəllimin Quba sözünü rus sektoru olan bir tələbənin Kuba olaraq anlayıb reaksiya verməsi isə maraqlı və gülüş dolu vəziyyət yaratdı.

Ən maraqlısı isə o idi ki, gəzinti 28 maya təsadüf etdi. Bir tərəfdən də biz 28 mayımızı- müstəqillik günümüzü qeyd edirdik.

Gün sona yaxınlaşdıqca tələbələrin baxışlarında doymamışlıq vardı, sanki bu yaşıllıq, bu çay, bu sükut bir az da onların həyatında qalmalı idi. Avtobusa əyləşdiklərində isə sanki başqa bir enerjidə idilər. Səfərə gəldiklərindən fərqli olaraq indi həm rahatlamış, həm də bir az düşüncəli görünürdülər.

Yolboyu yenə musiqilər səsləndi, amma bu dəfə daha sakit, daha nostalji tonlarda. Kimisi gün ərzində çəkdiyi şəkillərə baxır, digəri günün zarafatlarını xatırlayıb gülümsəyirdi. Bu səfər onlara təkcə təbiəti tanıtmaqla kifayətlənmədi, həm də özlərini, bir-birilərini daha yaxşı tanımağa imkan yaratdı.

Quba səfəri Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi tələbələri üçün sadəcə bir ekskursiya deyildi. Bu, həm də bir öyrənmə prosesi idi–təbiətdən, tarixdən, insanlardan və dostluqdan öyrənmək...

Təbiətin qoynunda keçən bir gün, böyük şəhərin səs-küyündən uzaqda, ruhu dincəldən və insanın içindəki yaradıcı gücü oyadan bir macəra idi. Quba onları bir günlüyünə qucaqladı. Yəqin ki, bu xatirə uzun müddət yaddaşlarda qalacaq, bəlkə də heç unudulmayacaq...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 May 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see439

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see309

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see287

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see259

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see237

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see229

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see229

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see228

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see225

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see215

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see207

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see200

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see198

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see197

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see197

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see190

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see190

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see189

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see188

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri