Kubada vəziyyət pisləşir: Elektrik enerjisi yoxdur…
Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiyanın verdiyi neft ehtiyatları tükəndikcə Kubanın enerji böhranı daha da pisləşəcək.
Axar.az xəbər verir ki, bunu Kubanın energetika və mədən naziri Visente de la O Levi deyib.
O bildirib ki, Kubanın enerji sektorunda kritik vəziyyət daha da pisləşə bilər:
"Martın sonunda alınan Rusiya nefti artıq tükənmək üzrədir. Elektrik şəbəkəsinin istismarı üçün lazım olan neft ehtiyatları da demək olar ki, bitib. Kubalılar müntəzəm olaraq, elektrik enerjisi kəsintisindən əziyyət çəkirlər. Ada Çin tərəfindən bağışlanan panellər sayəsində günəş enerjisindən getdikcə daha çox istifadə edir, lakin bulud örtüyü və hava şəraiti səbəbindən istehsal olunan enerjinin miqdarı çox vaxt dəyişir. Havanada elektrik enerjisinin kəsilməsi hazırda 20-22 saatdan çox davam edir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 14 May 2026 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















