Kubada yanacaq böhranı, təyyarələrə benzin vurulmayacaq
Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Kubada yanacaq böhranı hökm sürür.
Newscenter.az TASS-a istinadən bildirir ki, böhran səbəbindən Havananın əsas hava limanı təyyarələrə reaktiv yanacaq doldurmağı bir ay müddətinə dayandıracaq. Lakin hava limanı uçuşlar üçün açıq qalacaq.
Bildirilib ki, aviadaşıyıcılar yalnız geri dönüş üçün kifayət qədər yanacaq olduqda 10 fevral - 11 mart tarixləri arasında Havanaya uça biləcəklər.
Qeyd edək ki, Havanada yanacaq vəziyyəti, 3 yanvarda ABŞ-ın Venesuelada apardığı və Prezident Nikolas Maduronun həbsi ilə nəticələnən hərbi əməliyyatdan sonra daha da pisləşib. Maduro Kubanın əsas neft ixracatçılarından biri idi.
Karib respublikasının Xarici İşlər Nazirliyinin rəhbəri Bruno Rodriges Parrilla Kubanı yanacaq tədarükünün tam blokadası ilə hədələyən, beynəlxalq ticarətin bütün prinsiplərini pozan və Kuba xalqının həyatı üçün ekstremal şərait yaradan bu tədbirləri qətiyyətlə pisləyib.
Anar
Bu mövzuda digər xəbərlər:Kubada yanacaq tükənir
11 Fevral 2026 10:42
Kubada yanacaq ehtiyatı tükənib
15 May 2026 06:01
Təyyarələrə avtomobil benzini vururlar: yanacaq böhranı kritik həddə çatdı
22 İyun 2026 22:02
Benzin böhranı dərinləşir: Sakinlər yanacaq axtarışında
01 İyun 2026 15:45
Rusiyada benzin davası yanacaq böhranı dərinləşir
08 İyul 2026 18:09
Baxış sayı:123
Bu xəbər 09 Fevral 2026 09:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















