Kubadan USAID ə qarşı ağır ittihamlar
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) həmişə Kubada konstitusiya quruluşunu pozmaq cəhdləri üçün fəaliyyət göstərib".
Oxu.Az xəbər verir ki, bunu Kubanın xarici işlər naziri Bruno Rodriqez Parrilya öz "Telegram" kanalında yazıb.
O, bildirib: "USAID Kubada konstitusiya quruluşunu pozmaq üçün həmişə maskalanma vasitəsi olub". Nazirin sözlərinə görə, agentlik 1998-1999-cu illərdə yüzlərlə qanunsuz əməliyyatlar aparmaq üçün altı milyon dollardan çox vəsaitdən istifadə edib:
"USAID 2001-ci ildən 2006-cı ilə qədər Kuba xalqının əleyhinə yönəlmiş 142 qanunsuz layihə və fəaliyyət növünə 61 milyon dollar ayırıb".
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp fevralın 3-də USAID-in fəaliyyətini dayandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 13 Fevral 2025 10:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















