Icma.az
close
up
RU
Çin Rusiyanı Kubadan sıxışdırır...

Çin Rusiyanı Kubadan sıxışdırır...

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hazırda ada dərin iqtisadi böhran yaşayır...

...Deyirlər, dərd gələndə batmannan gələr. Amma məsələ bundadır ki, bütün bu dərd dediklərimizi ruslar özləri özləri üçün yaradırlar..?

...Deməli, əldə edilən məlumatlara görə, Çin Kubada iqtisadi varlığını artırır və yavaş-yavaş Rusiyanı sıxışdırıb adadan təzitmək istəyir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Reuters yazır.

Adada enerjinin çökməsi fonunda Çin 55 yeni günəş enerjisi layihəsi həyata keçirməyi planlaşdırır. Artıq Çin gəmiləri günəş panelləri, ehtiyat hissələri və yanacaqla Mariel limanına gəlib.

Qeyd edək ki, əvvəlcə bu təşəbbüslərdə Rusiyanın iştirakı nəzərdə tutulurdu, lakin Rusiya layihələrinin əksəriyyəti heç vaxt həyata keçirilmədi.

Etiraf edilməlidir ki, Kuba bu gün dərin iqtisadi böhran yaşayır: ölkə ərzaq, yanacaq və dərman çatışmazlığı, saatlarla elektrik enerjisinin kəsilməsi, turizm və ixracatın azalması ilə üzləşir.

Vəziyyəti Donald Tramp administrasiyasının tətbiq etdiyi sanksiyalar daha da gərginləşdirir.

Kubanın elektrik şəbəkəsinin vəziyyəti kritikdir: milli şəbəkə son bir ildə dörd dəfə sıradan çıxıb, milyonlarla insan elektriksiz qalıb, məktəblər və müəssisələri iflic vəziyyətinə salıb.

Çin günəş elektrik stansiyalarının istismara verilməsinin generasiya gücünü əhəmiyyətli dərəcədə artıracağı, demək olar ki, gündüz elektrik enerjisi kəsirini örtməsi və gecə elektrik təchizatı üçün yanacaq sərfinin azaldılması gözlənilir.

Rusiya iki il əvvəl Kubaya əhəmiyyətli dəstək vəd etmişdi. 2023-cü ilin mayında baş nazirin müavini Dmitri Çernışenko 100 milyon dollarlıq Rusiya krediti ilə bərpa edilən adanın ən böyük polad zavodunun açılış mərasimində iştirak etmişdi. Ancaq möhtəşəm açılışa baxmayaraq, istehsal heç vaxt başlamadı: yanacaq və elektrik enerjisinin ciddi çatışmazlığı adada sənayeni iflic etdi.

Həmin səfər zamanı Rusiya və Kuba subyektləri arasında ən azı səkkiz saziş imzalanıb: buğda tədarükü, Havanada Rusmarket supermarketinin açılması, tarixi memarlığın bərpası və süni intellekt sahəsində əməkdaşlıq...

Havana yaxınlığındakı Tarara kurort kəndinin bərpası layihəsi də təqdim olunub.

Bununla belə, təşəbbüslərin əksəriyyəti kağız üzərində qaldı: Tararadakı binalar tərk edilib, Rusmarket açılmayıb, Yumuri ticarət mərkəzi qismən boşdur və Santo Angel kilsəsinin bərpası dayanıb...

...2018-ci ildən Kuba Çinin “Bir kəmər və yol” təşəbbüsündə iştirak edir. O vaxtdan bəri Pekin nəqliyyat, limanlar və telekommunikasiya kimi əsas infrastruktura sərmayə qoyub. Moskvanın kredit verə bilməməsi fonunda Rusiya Kubanın əsas xarici iqtisadi tərəfdaşı statusunu itirir.

...Amerika Universitetinin professoru Uilyam LeoQrandenin fikrincə, Çin investisiyaları Kuba iqtisadiyyatı üçün “həyat xətti” rolunu oynaya bilər.

ABŞ Milli Kəşfiyyatının Latın Amerikası üzrə keçmiş zabiti Fulton Armstronq hesab edir ki, Rusiya və Çin investisiyaları struktur problemlərini aradan qaldırmaq üçün kifayət deyil. ...Havana nə Moskvadan, nə də Pekindən gələn sehrli həblərə arxalana bilməz. Yalnız Çindən güclü ticarət və investisiya axını vəziyyəti sabitləşdirə bilər, lakin bu mümkün deyil. Həm Çin, həm də Rusiya layihələri üçün maliyyə şərtləri əsasən qeyri-şəffaf olaraq qalır.

Dəstəyin dövlət bankları, özəl şirkətlər və ya digər mexanizmlər vasitəsilə təmin edilib-edilmədiyi və ya Kubanın bu öhdəlikləri tam olaraq necə ödəyəcəyi bəlli deyil.

Bundan əvvəl Rusiya Havanaya 2015-ci ildə Maximo Gomez və Şərqi Havana elektrik stansiyasının tikintisi üçün ayrılmış 1,2 milyard avro dəyərində kredit üzrə ödənişlərin təxirə salınması barədə qərar verib.

2014-cü ildə isə prezident Vladimir Putin Kubanın 32 milyard dollar borcunu silib.

Əli Babayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:283
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 İyul 2025 00:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1393

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see677

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see533

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see522

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see469

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see446

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see434

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see422

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see401

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see360

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see343

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see342

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see287

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see281

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see278

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see262
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri