Kubarsi Flikdən danışdı: “Başa düşmürük, amma səsinin tonundan hər şey aydın olur”
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Barselona” və İspaniya millisinin 19 yaşlı müdafiəçisi Pau Kubarsi bəzi futbolçuların dil maneəsi səbəbindən baş məşqçi Hans-Diter Fliki həmişə başa düşmədiklərini söyləyib.
İdman.Biz “Foot Mercato”ya istinadən xəbər verir ki, futbolçu almaniyalı mütəxəssisin əsəbiləşəndə fərqli dillərdə danışdığını qeyd edib:
“Əsəbiləşəndə almanca və ya ingiliscə danışır. Sakit olanda isə bəzən ispanca bir-iki söz deyir. Biz başa düşmürük, amma səsinin tonundan hər şey aydın olur”.
Qeyd edək ki, 61 yaşlı Flik 2024-cü ildən “Barselona”ya rəhbərlik edir. O, Kataloniya klubu ilə iki dəfə İspaniya çempionu olub, ölkə kubokunu və iki dəfə Superkuboku qazanıb.
Kubarsi cari mövsümdə bütün turnirlərdə 13 matçda iştirak edib və iki məhsuldar ötürmə ilə yadda qalıb.
Baxış sayı:167
Bu xəbər 11 Noyabr 2026 00:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















