“Kubok kolleksiyamızda ən vacib yeri tutacaq”
futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
Basketbol üzrə Azərbaycan Kubokunun qalibi NTD komandasının baş məşqçisi Tahir Baxşiyev açıqlama verib.
Futbolpress.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan mütəxəssis çempionluğu belə şərh edib:
“Mövsüm çətin keçir. Murad Babayevin kubokda olmaması öz təsirini göstərdi. Rotasiya etmək məcburiyyətində qaldıq. Gənc oyunçular yaxşı oynadılar, xüsusilə Oğuzxan Quliyev. O etimadı doğrultdu. Hüseyn Məmmədov da “Neftçi”yə qarşı yarımfinalda pis oynamadı. Bütün komandanı təbrik edirəm. Biz bu qələbəyə doğru gedirdik. Bütün komanda bir məqsəd üçün çalışanda heç bir maneə olmur. İndi bunu qəbul edib hiss etməli və sonra çempionata hazırlaşmalıyıq.
NTD-nin çoxlu çempionluqları olub, amma bu kubok kolleksiyamızda ən vacib yeri tutacaq. Federasiyaya bütün lazım olan şəraiti yaratdığı üçün təşəkkür edirəm. 2 il əvvəl finalda uduzduq. Keçən il yarımfinalda məğlub olduq. İndi isə qalib gəldik. Bütün komandanı təbrik edirəm!”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 31 Mart 2025 08:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















