Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Kubokda 1/8 final həyəcanı: avrokuboklara iddialılar üçün “qısa yol açıldı”

Kubokda 1/8 final həyəcanı: avrokuboklara iddialılar üçün “qısa yol açıldı”

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Bu gün və sabah ölkə kubokunun 1/8 mərhələsinin oyunları keçiriləcək.

Növbəti mərhələyə vəsiqə qazanacaq komandaların adına bir matçla aydınlıq gələcək. Odu ki, bütün oyunların gərgin mübarizə şəraitində keçəcəyi gözlənililir. Hələ ki yarışdakı varlığını davam etdirənlər arasında 1-ci liqa təmsilçiləri də var. Onların hamısı elita iştirakçılarıyla üz-üzə gələcək. Süpriz gözləməyə, dəqiq desək, hansısa premyer-liqa komandasının bu mərhələdə mübarizəni dayandıracağını düşünməyə dəyərmi? Bu ehtimal çox azdı, amma futbol sürprizlərlə doludu. Belədə bütün oyunları diqqətdə saxlamaqda fayda var.
Ölkə kuboku, 1/8 final mərhələsi
3 dekabr
Qaradağ Lökbatan – Səbail

Cəzalı: yoxdu.
Hakimlər: ƏLİ ƏLİYEV, Eyyub İbrahimov, Tərlan Talıbzadə, Vüqar Həsənli.
VAR hakimi: Tural Qurbanov.
VAR hakiminin köməkçisi: Pərvin Talıbov.
Bakı, “ASCO Arena”. Saat 15.00.
“Qaradağ Lökbatan” ev matçını “Səbail”in meydanında keçirəcək. Onsuz da cütün favoriti Bayıl təmsilçisidi. Amma matçın səfərə daşınması lökbatanlıların şanslarını bir qədər də azaldır. 1-ci liqa təmsilçisinin yeni mövsümə uğursuz başladığını, hətta sonuncu pillədə qərarlaşdığını bilirik. Hər halda, Fərid Məmmədovun komandasının qələbəsi sensasiya sayılacaq. Maraq üçün qeyd edək ki, “dənizçilər”in baş məşqçisi Cavid Hüseynov cəzalıdı və komandasını meydana özü çıxara bilməyəcək. O başqa məsələ ki, “Səbail” təcrübəsindən yararlanmaqla işini xeyli asanlaşdıracaq.
Araz-Naxçıvan – Mingəçevir
Cəzalı: yoxdu.
Hakimlər: ƏKBƏR ƏHMƏDOV, Müslüm Əliyev, Şirməmməd Məmmədov, Səbuhi Bayramov.
Bakı, “Liv Bona Dea Arena”. Saat Saat 16.00.
Mövsümün sürprizi, Elmar Baxşıyevin memarı olduğu, “Qarabağ”ı qarabaqara izləyən “Araz-Naxçıvan” “doğma divarlar” arasında daha şanslı görünür. Böyük ehtimalla “Mingəçevir”lə matç Muxtar Respublika təmsilçisi üçün heç də çətin sınaq olmayacaq. Yenə də qonaqlar döyüşməli, “qırmızı-ağlar”a “diş göstərməklə” şəhərlərini layiqincə təmsil etməlidilər.
Turan Tovuz – Sabah
Cəzalı: yoxdu.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Namik Hüseynov, Rahil Ramazanov, Nicat İsmayıllı.
VAR hakimi: Rəşad Əhmədov.
VAR hakiminin köməkçisi: Cəmil Quliyev.
Tovuz, şəhər stadionu. Saat 18.00.
Görünür, Tovuzda növvəti futbol bayramına şahidlik edəcəyik. Ona görə ki, mərhələnin ən gərgin matçı burda baş tutacaq. Həm “Turan Tovuz”, həm də “Sabah” avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Ölkə kubokunun qalibinin Avropa Liqasına yollanacağını, premyer-liqada ilk “dördlük”də qərarlaşmağa can atan kollektivlərin sayının çoxluğunu nəzərə alsaq, cütün qalibi böyük üstünlük əldə edəcək. Bu üzdən hər iki komanda qələbəyə köklənəcək. Maraqlıdı ki, oyuna giriş pulsuzdu. Belədə tribunalarda anşlaq yaşanacağına şübhəylə yanaşmaq olmaz. Bəs kim daha şanslıdı? “Bozqurd” premyer-liqada meydana çıxdığı son 4 matçda qələbə qazana bilməyib. Kollektivin həm psixoloji, həm də fiziki hazırlığı qaydasında olmasa, işləri düyünə düşəcək. “Bayquşlar” isə yeni baş məşqçisi Vasili Berezutskinin debüt etdiiy matçda “Səbail”i yendi və yeddi oyunluq qələbəsizlik seriyasına qoydu. Rusiyalı mütəxəssis növbəti mərhələyə adlamaqla özünü sübut etməyə, həm də qarşısına qoyulan məqsədə - avrokuboklara yollanmaq hədəfinə çatmaq üçün inamlı addım atmağa çalışacaq.
4 dekabr
Qəbələ – Qarabağ
Cəzalı: yoxdu.
Hakimlər: RAUF CABBAROV, Rəhman İmami, Kərim Zeynalov, Rəvan Həmzəzadə
Qəbələ, şəhər stadionu. Saat 16.00.
Həm 1-ci liqa, həm də kubok oyunlarında qol buraxmayan “Qəbələ” ölkə futbolunun ən məhsuldar komandasını – “Qarabağ”ı qəbul edəcək. Təbii ki, “qırmızı-qaralar” premyer-liqanın lideriylə mübarizədən üzüağ çıxmağı bacaracaq heyətə sahib deyil. Amma təcrübəli futbolçularının hesabına Ağdam təmsilçisinə çətin anlar yaşada bilərlər. Üç turnirdə iştirak edən “köhlən atlar” isə burda da uğur qazanmağa çalışacaq. Hər halda, baş məşqçi Qurban Qurbanov bu matçda çox ciddi yanaşacaqlarını etiraf edib. Belədə Qəbələdə baxımlı oyuna şahidlik edə bilərik.
Kəpəz – İmişli
Cəzalı: yoxdu.
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Zöhrab Abbasov, Ruslan Quliyev.
VAR hakimi: İnqilab Məmmədov.
VAR hakiminin köməkçisi: Namik Hüseynov.
Tovuz, şəhər stadionu. Saat 16.00.
“Kəpəz” premyer-liqanın 15-ci turunda “Şamaxı”nı yenməklə çiyinləri üzərindəki yükü xeyli azaltdı. İndi futbolçular meydana daha rahat çıxa bilər. Təbii ki, favorit Gəncə təmsilçisidi. Amma “İmişli” də 1-ci liqanın iddialılarındandı. Bu üzdən kollektivin əzmkarlıq göstərəcəyini, meydan sahiblərinin başını ağrıdacağını düşünmək olar.
Neftçi – Difai
Cəzalılar: Seymur Rəhimov, Bəşir Ayralov (hər ikisi “Difai”).
Hakimlər: ELVİN BAYRAMOV, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Namiq Bəkirov.
Bakı, “Neftçi Arena". Saat 18.00.
Samir Abasov deyir ki, hər iki turnirdə - həm premyer-liqada, həm də ölkə kubokunda uğur qazanmağa çalışacağıq. Fərqli yanaşma tərzi “Neftçi”nin adına yaraşmaz. Təbii ki, gəlişigözəl sözlərdi. Amma “ağ-qaralar”ın kubok oyunlarında nə dərəcədə uğurlu olacağı şübhə altındadı. O başqa məsələ ki, “Difai” bu yöndə paytaxt təmsilçisinə çətinlik yaradacaq rəqib deyil. Ağsu təmsilçisinin 1-ci liqadakı işləri də yolunda getmir. Odu ki, meydan sahiblərinin asanlıqla qələbə qazanacağını desək, yanılmarıq.
Zirə – Şamaxı
Cəzalı: yoxdu.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Akif Əmirəli, Cavid Cəlilov.
VAR hakimi: Fərid Hacıyev.
VAR hakiminin köməkçisi: Vüsal Məmmədov.
Zirə, İdman Kompleksinin stadionu. Saat 19.00.
“Zirə” də avrokuboklar uğrunda mübarizə aparan komandalardandı. “Qartallar” ötən mövsüm ölkə kubokunun finalına qədər irəliləməklə ciddi uğur əldə etdi. Əlbəttə, bu dəfə də maksimum nəticə qazanmağa çalışacaqlar. “Şamaxı”nın durumu isə ürəkaçan deyil. Xoş günlərdən keçməyən “şirlər” kasad heyətlə premyer-liqada qalmağa çalışır. Bu üzdən, iki turnirdə top qovmaq nə Ayxan Abbasov, nə də komandası üçün sərfəlidi. Lakin bölgə təmsilçisinin döyüşkənliyiylə diqqəti çəkdiyini unutmamalıyıq. Düzdü, zirəlilər qələbəyə daha yaxın görünür. Lakin bunun üçün xeyli tər tökməli olacaqlar. Təbii ki, “Şamaxı”nın baş məşqçisi komandasını matça kökləyə bilsə…
Sumqayıt – MOİK
Cəzalı: yoxdu.
Hakimlər: RAUF ALLAHVERDİYEV, Asiman Əzizli, Teymur Teymurov, Kamran Əliyev.
Sumqayıt, Mehdi Hüseynzadə adına stadion. Saat 19.00.
“Sumqayıt”ın ölkə klubokunda çox irəli gedəcəyinə inam azdı. Axı Vaqif Cavadovun komandası sabit nəticələr qazanmaqda çətinlik çəkir. Yenə də mövcud ab-hava premyer-liqa təmsilçisinin 1-ci liqa iştirakçısına uduzacağını iddia etməyə əsas vermir. “Kimyaçılar”ın MOİK-lə mübarizədən qalib ayrılmaq şansı çoxdu. “Hərbçilər” isə Sumqayıta uduzmaq üçün gəlməyəcək. Komandanın baş məşqçisi Qəzənfər Abbasov hələ oktyabrın 30-da qəzetimizə verdiyi açıqlamada doğma şəhərinə qarşı sınağa ikiqat motivasiyayla yanaşacağını və rəqibi mübarizədən kənarlaşdırmağa çalışacaqlarını bildirib.
KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 Dekabr 2024 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see358

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see301

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see294

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see292

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see277

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see275

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see268

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see260

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see258

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see257

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see242

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see242

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see232

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see222

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see221

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see218

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see216

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see213

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see207

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri