Icma.az
close
up
RU
Kubokda 1/4 final həyəcanı: “Neftçi” və “Sabah” istədiyini ala biləcəkmi?

Kubokda 1/4 final həyəcanı: “Neftçi” və “Sabah” istədiyini ala biləcəkmi?

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu həftə futbolsevərlər üçün bayram ab-havasında keçəcək desək, yanılmarıq. Ona görə ki, qarşıdakı günlərdə premyer-liqa və 1-ci liqa matçlarıyla yanaşı, ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyunları da keçiriləcək.
Bu qarşılaşmalara bu gün və sabah şahidlik edəcəyik. Təbii ki, azarkeşlər sevimli komandalarını çətin sınaqlarda tək qoymamağa çalışacaq. Stadiona yollana bilməyənlər isə “CBC Sport”un efirindən oyunları canlı izləmək imkanına malik olacaq.
Xatırladaq ki, bizi qarşıda kubok uğrunda mübarizənin ən gərgin anları gözləyir. Artıq 1-ci və 2-ci liqa klublarının sırada olmadığı yarışda yalnız premyer-liqa təmsilçiləri tər tökəcək. Burda avrokuboklara yollana bilmək üçün bütün gücünü ölkə kubokuna sərf etmək istəyən komandalar da var, növbəti mərhələyə adlamaq şansı minimum olsa da, bəxtini sınamaq istəyənlər də. Hər halda, kubok matçları fərqli ab-havada keçir, sensasiyalar üçün həmişə yer var, hər biri ilə bağlı xüsusi məqamlara toxunmağa dəyər.
Dediyimiz kimi, ilk matç bu gün Tovuzda keçiriləcək - “Kəpəz” “Neftçi”ni qəbul edəcək. Əbədi-əzəli rəqiblərin növbəti duelinə şahidlik etmiş olacağıq. Gəncəlilər mövsümün ikinci yarısında özünü yaxşı tərəfdən göstərir. “Səbail”ə uduzsa da, “Turan Tovuz” və “Sabah” kimi iddialıları meydana çıxmağına peşman edən “sarı-göylər” bu oyunda da qalib gəlsə, sürpriz olmayacaq. Təbii ki, belə cümlələrin qurulmasında “Neftçi” də böyük pay sahibidi. Bir neçə mövsümdü həm rəhbərlik, həm baş məşqçi, həm də heyət dəyişikliyinə məruz qalan “ağ-qaralar” özünü tapa bilmir. Çarə kimi “sükan arxasına” keçən Samir Abasov da komandanı özünə gətirməkdə çətinlik çəkir. Bu arada mütəxəssis bakılıların avrokuboklara yollanmasının kubok sayəsində mümkün olacağına inanır. O, bunu dəfələrlə dilə gətirdiyindən kollektivin “Kəpəz”lə matça çox ciddi yanaşacağına şübhə yoxdu. Azər Bağırovun yetirmələriylə bacarmaq isə müşkül məsələyə çevrilib. İş o həddə çatıb ki, “Neftçi”nin bu cütün qalibi olacağına inananların sayı xeyli azdı. “Sarı-göylər”in son oyunlarda tutarlı hücum cəhdləriylə və qollarla yadda qaldığını nəzərə alsaq, qonaqlar Tovuza tam hazırlıqlı yollanmalıdı.
Günün ikinci matçı Masazırda baş tutacaq. Bəli, söhbət “Sabah” – “Sumqayıt” oyunundan gedir. Hər iki komandanın “avrokubok zonası”ndan uzaqda olduğu bəllidi. Artıq “bayquşlar”ın baş məşqçisi Vasili Berezutski kuboka köklənəcəklərinin anonsunu verib. “Kimyaçılar” isə həm premyer-liqada, həm də kubok görüşlərində iddialı olacaq. Hər halda, baş məşqçi Vaqif Cavadov belə deyir. Odu ki, bu oyunun da gərgin mübarizə şəraitində keçəcəyinə şübhə yoxdu. Komandaların premyer-liqadakı üz-üzə gəldiyi sonuncu matçda qalibin müəyyənləşməməsi prinsipiallığı bir qədər də artırır.
Sabah “Araz-Naxçıvan” – “Zirə” oyunu keçiriləcək. Muxtar Respublika təmsilçisi mövsümün ilk yarısında xarüqələr yaratsa da, qış fasiləsindən sonra sabit nəticələr qazanmaqda çətinlik çəkir. Ləngər vuran komandanın son matçlarda rəqib tanımayan “qartallar”la mübarizəsinin necə yekunlaşacağını təxmin etmək çətindi. Lakin həm “qırmızı-ağlar”, həm də qəsəbə təmsilçisi iddiasını qorumağı bacarır. Ümumi duruma əsasən “Zirə”nin daha şanslı göründüyü bəllidisə, naxçıvanlıların təslim olmaq istəməyəcəyinə də şübhə yoxdu. Hər halda, rəqib kubokun son mövsümünün finalçısıdı. Belədə xüsusi hazırlıq və hər ehtimalı dəyərləndirmək tələb edilir ki, burda Baxşıyevin təcrübəsinə ehtiyac olacaq. Qəsəbə təmsilçisi isə arxayındı. Sadıqovun sonuncu matçda Qurban Qurbanovun “Qarabağ”ını məğlub etməsi həm düşərgədə yaxşı ab-hava yaradıb, həm də özünəinamı artırıb. Biz isə Elmar Baxşıyev – Rəşad Sadıqov duelinin nə ilə nəticələnəciyini demək üçün tələsməməliyik.
Sonuncu oyunda “Səbail” “Qarabağ”la qarşılaşacaq. Premyer-liqada qalmaq uğrunda mübarizə aparan, heyət kasadlığı yaşayan “dənizçilər”in 2023/24 “futbol ili”ndə “qızıl dubl”a nail olan, indi də premyer-liqanın şəriksiz liderinə qarşı şansı yox səviyyəsindədi. Bəli, “köhlən atlar” ardıcıl məğlubiyyətlər üzündən xeyli “qan itirib”. Lakin Bayıl təmsilçisinin durumu ürəkaçan səviyyədə deyil. Təbii ki, futbol sürprizləri sevir, amma bu mərhələdə ev və səfər oyunu prinsipinin tətbiq edildiyini nəzərə alsaq, “Səbail” üçün mübarizə müsbət nəticə vəd etmir. O başqa məsələ ki, “dənizçilər” meydana uduzmaq yox, azı heç-heçəyə nail olmaq üçün çıxacaq.
5 fevral
Kəpəz – Neftçi

Cəzalı: yoxdu.
Tovuz, şəhər stadionu. Saat 16.00.
Sabah – Sumqayıt
Cəzalı: yoxdu.
Bakı, “Bank Respublika Arena”. Saat 18.30.
6 fevral
Araz-Naxçıvan – Zirə
Cəzalı: yoxdu.
Bakı, “Liv Bona Dea Arena”. Saat 16.00.
Səbail – Qarabağ
Cəzalı: yoxdu.
Bakı, “ASCO Arena”. Saat 18.30.
Komandaların kubokdakı duelləriylə bağlı maraqlı məqamlar
// “Neftçi” son 6 matçda qol vurub. “Kəpəz” son 7 görüşdə qələbə qazanmayıb.
// Əvvəlki yeganə görüşdə “Sumqayıt” böyük hesabla (3:0) qalib gəlib.
// “Araz-Naxçıvan” və “Zirə” indiyədək kubokda qarşılaşmayıb.
// Komandalar arasında yeganə qarşılaşmada “Qarabağ” böyükhesablı (5:0) qələbə qazanıb.
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 Fevral 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see328

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see256

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see245

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see225

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see222

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see208

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see207

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see206

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see205

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see202

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see191

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see172

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see171

TikTokdan məhkəmədə şok etiraf: Uşaqları tətbiqə bağlayacaq şəkildə hazırlanıbmış

27 Sentyabr 2026 04:03see170

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see166

Nigerdən Fransa və Ukraynaya ağır İTTİHAM

27 Sentyabr 2026 05:00see165

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see165

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see161

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see161

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri