Icma.az
close
up
RU
Kubokda qrupun ilk turu derbiyə səhnə olacaq

Kubokda qrupun ilk turu derbiyə səhnə olacaq

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə kubokunda qrup mərhələsinin püşkatma mərasimi keçirilib.

"Football-plus.az" xəbər verir ki, bu turnirdə təsnifat mərhələsini uğurla keçən 19 və ötən mövsümü ilk “5-lik”də tamamlayanlar da daxil olmaqla 24 komanda yoluna davam edir.
Püşkdən öncə 24 komanda 4 səbətə ayrıldı. Hər klub hər səbətdən yalnız bir klubla qarşılaşacaq. Hər qrupda 8 klub yer almaqla 3 qrup yaradılıb. Yəni hər klub qrupda 2-si evdə, 2-si səfərdə olmaqla yalnız 4 oyun keçirəcək. İlk iki pilləni tutanlar, eləcə də qrup üçüncüləri arasında ən yaxşı ikisi 1/4 finala vəsiqə qazanacaq. Öncə qrupların tərkibləri ilə tanış olaq.
A qrupu
Qalatasaray, Beşiktaş, Trabzonspor, Alanyaspor, Fatih Karagümrük, İstanbulspor, Boluspor, Fəthiyəspor
B qrupu
Samsunspor, Eyüpspor, Konyaspor, Antalyaspor, Gənclərbirliyi, Bodrum, İğdır, Aliağa Futbol
C qrupu
Fənərbaxça, Beşiktaş, Çaykur Rizəspor, Qaziantep, Kocaelispor, Əruzrumspor, Keçiörəngücü, Beyoğlu Yeniçarşı
1-ci tur dekabrın 23-25-də, 2-ci tur yanvarın 13-15-də, 3-cü tur fevralın 3-5-də, 4-cü tur martın 3-5-də keçiriləcək.
İlk turdaca futbolsevərləri İstanbul derbisi gözləyir. Belə ki, “Fənərbaxça” doğma fanatları önündə “Beşiktaş”ı qəbul edəcək. “Fənər” sonrakı turlarda “Beyoğlu Yeniçarşı” (səfərdə), “Ərzurumspor” (evdə) və “Qaziantep” ilə qarşılaşacaq. Kubokun son qalibi “Qalatasaray” qrup mərhələsinə evdə “İstanbul BŞ”yə qarşı oyunla start verəcək. “Cim-Bom” növbəti həftələrdə “Fəthiyəspor” (s), “İstanbulspor” (e) və “Alaynaspor”la (s) üz-üzə gələcək. Federasiyaya etiraz əlaməti kimi “Qalatasaray”dan heç kimin püşkatmada iştirak etməməsi diqqəti çəkdi.
“Beşiktaş”ı ilk turdakı derbinin ardından “Keçiörəngücü” (e), “Kocaelispor” (s) və “Çaykur Rizəspor”la (e) oyunlar gözləyəcək. “Trabzonspor” isə ilk turda evdə “Alanyaspor”u qəbul edəcək. Kubokun son finalçısı statusunda olan Trabzon təmsilçisi növbəti həftələrdə “İstanbulspor” (s), “Fəthiyəspor” (e) və “İstanbul BŞ” (s) ilə oynayacaq.
Onu da bildirək ki, “Fənər”in heyətində Ən-Nəsiri ilə Nene, “Beşiktaş”dan isə Ndidi ilə Ture derbini buraxacaq. Onların hamısı həmin tarixdə Afrika Millətlər Kubokunda yer alacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 Dekabr 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see366

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see364

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see343

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see338

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see337

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see308

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see303

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see295

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see273

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see270

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see249

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see244

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see228

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see208

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see208

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see202

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see200

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see199

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see177

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri