Icma.az
close
up
RU
Kubokun qalibinə pul mükafatının ayrılması planda yoxdur PFL rəsmisi

Kubokun qalibinə pul mükafatının ayrılması planda yoxdur PFL rəsmisi

Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün Peşəkar Futbol Liqası ilə "Avrora Qrup" arasında Azərbaycan Kuboku üçün sponsorluq müqaviləsi imzalanıb.

Sportal.az xəbər verir ki, bundan sonra turnir "Bizon Azərbaycan Kuboku" adlanacaq. PFL-in Media və marketinq direktoru Sənan Abdullayev təfbir zamanı sualları cavablandırıb:

- Bu, həm Peşəkar Futbol Liqası, həm də Azərbaycan futbolu üçün yeni mərhələdir. Hər iki tərəfin peşəkarlığı bu anlaşmada önəmli rol oynadı. Bu yöndə bir neçə qurumla danışıqlar olmuşdu. Amma danışıqlar müəyyən mərhələdən sonra dayanırdı. "Avrora Qrup"dan tam peşəkar yanaşma gördük. Ceyhun bəyin dediyi ki, onun da futbol oynaması bu addımda rol oynadı. Çox sevinirik. Uzun müddətdən sonra turnirin sponsoru olacaq, "Bizon Azərbaycan Kuboku" adlanacaq. Bu, bizim üçün də, qarşı tərəf üçün də önəmlidir. Azərbaycan futbolu üçün xeyirli olsun. 

- Aşağı liqalara sponsor tapmaqla bağlı perspektivlər var?

- Təbii ki, bu yöndə işlər davam edir. Kuboka sponsor tapmaqla tilsimi sındırdıq. I Liqa və II Liqa ilə bağlı da planlarımız var. Danışıqlarımız davam edir. Ümid edirəm ki, burada gördüyümüz peşəkar yanaşmanı digər yerlərdə də görərik. 

- Kubokun qalibi üçün xüsusi mükafat nəzərdə tutulub?

- Planlar var. Bütün sirlərin üstünü açmayaq. Mərhələnin ən yaxşı qolunu seçməyi düşünürük. Bu, "Bizon" tərəfində seçiləcək. Media nümayəndələri ilə bağlı da planlarımız var. Böyük vədlər verib yalançı çıxmayaq. Amma müəyyən planlar var. Əminəm ki, Azərbaycan futbolu müsbət nəticəsini görəcək.

- "Bizon" şirkəti maliyyəni ayıracaq. Amma onun necə xərclənəcəyini PFL müəyyənləşdirəcək?

- Qalibə pul mükafatının ayrılması planda yoxdur. Bu, həm bizim üçün, həm də "Bizon" üçün bir sınaqdır, ilkin mərhələdir. Uzunmüddətli ola bilər. Burada qazanılan hər şey Azərbaycan futboluna yönəlməlidir. İlk mərhələ olduğuna görə böyük vədlər verə bilmirik.

Elçin Əlixan

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:47
embedMənbə:https://sportal.az
archiveBu xəbər 27 Oktyabr 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see251

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see239

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see232

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see175

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see173

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see158

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see156

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see149

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see148

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see145

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see141

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see141

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri