Icma.az
close
up
RU
Küçə itləri paytaxtı “ələ keçirir” Qurumlar hara baxır?

Küçə itləri paytaxtı “ələ keçirir” Qurumlar hara baxır?

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son aylarda paytaxt sakinləri küçə itlərinin çoxalmasından ciddi narazılıq edirlər. “Bakını it basıb” ifadəsi sosial şəbəkələrdə ən çox işlədilən ifadələrdən birinə çevrilib. Şəhərin demək olar ki, bütün ərazilərində parklarda, yaşayış massivlərində, məktəb yaxınlıqlarında sərbəst gəzən itlər insanların gündəlik həyatına təhlükə yaradır. Sakinlər bildirirlər ki, səhər və axşam saatlarında küçəyə çıxmaq, xüsusilə də uşaqları məktəbə aparmaq çətinləşib.

Son günlər bir neçə fərqli ərazidə insanların küçə itləri tərəfindən dişlənməsi xəbərləri yayılıb. Həkimlər bildirirlər ki, quduzluq riski hələ də qalır və bu, yalnız bir səhiyyə məsələsi deyil, həm də ictimai təhlükəsizlik problemidir.

Sakinlər deyirlər ki, bələdiyyələr və aidiyyəti qurumlar məsələyə laqeyd yanaşır, itlər sadəcə bir yerə yığılır, amma köklü həll yoxdur. Küçə heyvanlarının çoxalması ilə bağlı məsələ illərdir mübahisə mövzusudur. Bir tərəf itlərin məhv edilməsinə qarşı çıxır, digər tərəf isə insan təhlükəsizliyini əsas gətirir.

Ekspertlər hesab edirlər ki, balanslı yanaşma vacibdir. Mələsən, küçə itləri üçün xüsusi sığınacaqlar yaradılmalı, sterilizasiya və peyvənd proqramları genişləndirilməli, itlərin sahibləri məsuliyyətli davranmalı, aband edilmiş heyvanlarla bağlı cərimələr tətbiq olunmalıdır. Əks halda, nə heyvanlar qorunur, nə də insanlar özlərini təhlükəsiz hiss edir.

Avropa ölkələrində oxşar problemlər qeyri-zərərli idarəetmə sistemi ilə həll edilir: küçə itləri tutulur, müayinədən keçirilir, peyvəndlənir və yalnız təhlükəsiz hesab edilərsə geri qaytarılır. Azərbaycanda isə bu sistem tam şəkildə tətbiq olunmur.

Heyvansevərlər bildirirlər ki, çox vaxt sığınacaq adı altında itlərin məhv edilməsi halları baş verir. Bu isə cəmiyyətdə etimadsızlıq yaradır.

“Bakını it basıb” ifadəsi artıq sadəcə şikayət deyil, ciddi sosial siqnaldır. İtlərin çoxalması təkcə küçə mənzərəsini deyil, insanların psixoloji rahatlığını da pozur. Əgər bu problem sistemli şəkildə həll olunmasa, nə vətəndaşın təhlükəsizliyi, nə də heyvanların rifahı təmin ediləcək.

Leyla Mirzə, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 10 Oktyabr 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see316

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see288

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see287

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see278

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see277

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see269

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see268

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see265

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see260

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see253

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see240

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see237

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see229

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see222

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see221

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see220

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see206

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see205

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri