Icma.az
close
up
RU
Küçə satıcılığından milyarderliyə: Milli qəhrəman seçildi, Rekordlar kitabına düşdü Rihanna kimdir? VİDEO

Küçə satıcılığından milyarderliyə: Milli qəhrəman seçildi, Rekordlar kitabına düşdü Rihanna kimdir? VİDEO

Icma.az bildirir, Olke.az portalına istinadən.

20 fevral barbadoslu müğənni Rihannanın doğum günüdür.

Ölkə.Az onun haqqında maraqlı faktları təqdim edir:

Rihanna 1988-ci ildə Barbadosun Sent-Mişel şəhərində anadan olub. Tam adı Robin Rihanna Fentidir. Müğənninin adı "Rih-anna" kimi tələffüz olunur, mənası ərəbcə "şirin reyhan" deməkdir.

Onun anası Monika mühasib, atası Ronald isə anbar nəzarətçisi olub. Rihannanın anası Afrika kökənli Qayana, atası isə afrika, irland, ingilis və şotland əsilli Barbados vətəndaşıdır. Rihannanın Rorrey və Rajad Fenti adlı iki qardaşı həmçinin atasının əvvəlki evliliklərindən  olan 2 ögey bacısı və 1 qardaşı da var. Ronald alkoqol və kokain aludəçisi olduğuna görə, ifaçı uşaqlığında problemli həyat tərzi keçirib. Onun atası həm də anasına fiziki şiddət tətbiq edirdi. Rihanna 14 yaşına çatdıqda valideynləri boşanıb.
Rihanna kiçik yaşlarında atası ilə birlikdə küçədə paltar satmaqla məşğul olub.

Reqqi musiqisini dinləyərək böyüyən Rihanna 2003-cü ildə iki sinif yoldaşı ilə birlikdə musiqi triosu yaratmışdı. O, 11 yaşında ikən Barbadosun Kadet Korpusunda subhərbi proqramda kursant idi.  

Rihanna ilk dəfə 16 yaşında olarkən musiqi şirkəti ilə müqavilə imzalayıb.
2004-cü ildə, ilk hit sinqlı "Pon de Replay"in buraxılmasından bir il əvvəl orta məktəbdə keçirilən gözəllik müsabiqəsinin qalibi olub.
O, 2007-ci ildə "The Daily Mail"ə açıqlamasında deyib ki, hərbi hazırlığı, əslində, gözəllik müsabiqəsində iştirak etməyə kömək edib.
"Hərbi hazırlığım podium üçün başımdakı kitabları tarazlamağı öyrənmək üçün faydalı oldu" - o söyləyib.
Rihanna amerikalı səsyazma prodüseri Evan Rocers tərəfindən kəşf edilib.  O, səsyazma şirkətlərinə göndərilmək üzrə demo kasetləri yazmaq üçün ABŞ-yə dəvət edilir. Elə həmin il Rihanna Evan Rocers və Karl Sturkenin prodüser şirkəti ilə müqavilə imzalayır. O, həmin vaxt sözügedən şirkətin rəhbəri olan Cey-Z ilə görüşmək üçün Nyu Yorka uçur.
O, Rihanna ilə müqavilə imzalamağı o qədər istəyirdi ki, sənədlərin hazırlanması üçün görüş gecə saat 3-ə qədər davam edir.

Rihannanın məşhur mahnılarından olan "Umbrella", əslində, əvvəlcə Britni Spirs üçün yazılmışdı, lakin sənətçinin bu təklifi rədd etməsindən sonra mahnı başqa müğənni və musiqi şirkətlərinə təklif edilib.

Hətta bu mahnı Rihannanın ifasında o qədər populyarlıq qazanır ki, 2008-ci ildə müğənni təhlükəsizlik risklərinin artması səbəbindən şoularında çətirdən istifadəni qadağan edir.
Rihanna bir neçə göstəriciyə görə adını Ginnesin Rekordlar Kitabına yazdırmağı bacarıb. Belə ki, o, İngiltərədə ən çox bir nömrəli sinql, ABŞ-də ən çox 1 nömrəlli sinqlları  ifa edən qadın sənətçi və ABŞ-də rəqəmsal platformalda ən çox 1 nömrəli sinqlları olan müğənni kimi rekord qırıb.
Gənc yaşından böyük uğurlar qazanmasına baxmayaraq dünya ulduzu hələ də səhnəyə çıxanda həyəcanlanır. Hətta o bir dəfə açıqlamasında hər konsertdən əvvəl əsəblərini sakitləşdirmək üçün az miqdarda şot içdiyini söyləyib.

Rihanna ilə bağlı maraqlı faktlardan biri də odur ki, ona yeniyetmə olarkən makiyaj etməsi qadağan olunmuşdu.
"Anam heç mülayim deyildi. Heç vaxt makiyaj edə bilmirdim" deyən müğənni sonradan özünə makiyaj brendi də yaradıb.
Səhnələrin ulduzu 2017-ci ildə makiyaj brendi olan "Fenty Beauty"ni təsis edir və şirkətə öz soyadını verir. Müğənni deyir ki, gözəlliyə olan marağı o uşaq olarkən anasının kosmetik mağazada işləməsindən qaynaqlanır.

Ölkəsində çox sevilən müğənninin adına küçə də var. Belə ki, 2017-ci ildə  Barbadosda böyüdüyü küçənin adı dəyişdirilərək "Rihanna Drive" qoyulub. 2018-ci ildə isə Barbados hökuməti tərəfindən səfir təyin edilib.

Hər zaman sənəti ilə göz önündə olan müğənni  gözəlliyi ilə də seçilib.  ABŞ mətbuatının yazığına görə, sənətçi hətta ayaqlarını 1 milyon dollara sığorta etdirib.
O, müğənnilik etməklə yanaşı, bir neçə filmə də çəkilib. "Bright It On: All Or Nothing" filmində özünü canlandırıb. Bundan əlavə, 'Battleship", "Annie", "Valerian və min planetlər şəhəri", "Ouşenin 8 rəfiqəsi" filmlərində rol alıb.

"Madam Tussauds" bal mumu muzeyində heykəli olan sənətçilərdən biri də Rihannadır. 

Xeyriyyəçilik fəaliyyəti ilə də  məşğul olan müğənni 2017-ci ildə "Harvard İlin humanitar xeyriyyəçisi" mükafatına layiq görülüb.

O, amerikalı reper ASAP Roki ilə birlikdədir. Cütlüyün Rza və Riot adlı 2 oğlu var. Rihannanın böyük oğlunun adı amerikalı harkor hip-hop qrup "Wu-Tang Clan"ın üzvündən götürülüb. Belə ki, ASAP Roki öz övladına səhnə adı Rza olan Robert Fitzqerald Diqqsin adını verib.

Sənətçi 2021-ci ildə Barbadosun Milli qəhrəmanı adına layiq görülüb.

O, ümumilikdə 8 albom buraxıb, 9-cu albom üzərində işləyir. "Qremmi", Amerika Musiqi Mükafatı da daxil olmaqla çox sayda uğur qazanıb.
2025-ci ilin fevral ayına olan məlumata görə, Rihannanın təxmini xalis sərvəti 1,4 milyard dollardır. Rihanna 2022-ci ildə Amerikanın ən gənc qadın milyarderi olub. Müğənninin sərvətinin böyük hissəsi makiyaj brendi "Fenty Beauty"ə aiddir.

Billurə Yunus

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://olke.az
archiveBu xəbər 17 Fevral 2025 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri