Küçədki beton kürələrin əsl məqsədi üzə çıxdı
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Şəhər mərkəzlərində və piyada yollarında, xüsusilə səki kənarlarına yerləşdirilən beton kürələr və monolit strukturlar estetik görünüşlə yanaşı, yol təhlükəsizliyi və şəhər nizamı baxımından mühüm rol oynayır.
Milli.Az xəbər verir ki, "beton duba" və ya "bolard" adlandırılan bu kürə və konus formalı elementlər avtomobil yolu ilə səki arasında fiziki sərhəd yaradaraq küçələri və piyada zonalarını bir-birindən ayırır. Bu strukturların əsas məqsədi piyadaları avtomobil hərəkətindən qorumaq, sərhəd xəttini dəqiq müəyyən etmək və motorlu nəqliyyat vasitələrinin piyada yollarına və velosiped zolaqlarına icazəsiz daxil olmasının qarşısını almaqdır. Eyni zamanda, onlar sürücülərin qanunsuz park etməsinin və parkinq zamanı səkiyə çıxmasının qarşısının alınmasında böyük funksiya yerinə yetirirlər.
Təmin etdiyi funksionallığa baxmayaraq, beton kürələr vaxtaşırı şəhər sakinlərinin şikayətlərinə də səbəb ola bilir. Bu strukturların dar səkilərdə səhv yerləşdirilməsi uşaq arabası və əlil arabası istifadə edən şəxslərin keçidini çətinləşdirir. Müvafiq nişanlanma və ya işıqlandırma olmadıqda isə bu maneələr gecə saatlarında həm piyadalar, həm də sürücülər üçün yıxılma və toqquşma riski yaradır.
Şəhər həyatında tez-tez rast gəlinən digər memarlıq detalları da müəyyən funksiyalara xidmət edir. Məsələn, park skamyalarındakı dəliklər yağmur suylarının yığılmasının qarşısını alaraq tez qurumasını təmin edir, dairəvi və xətti naxışlı qabarıq səthlər isə görmə əngəlli şəxslərin hərəkətini tənzimləyərək şəhər içində təhlükəsiz irəliləmələrinə kömək edir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Baxış sayı:133
Bu xəbər 26 Avqust 2026 02:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















