Icma.az
close
up
RU
Küçələr döyüş meydanına çevrildi: Prezidentin tərəfdarları və əleyhdarları arasında

Küçələr döyüş meydanına çevrildi: Prezidentin tərəfdarları və əleyhdarları arasında

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Serbiyada doqquz ayı geridə qoyan hökumət əleyhinə etirazlar davam edərkən küçələr döyüş meydanına çevrilib. 

"Cebheinfo.az" xəbər verir ki, Prezident Aleksandar Vuçiç tərəfdarları növbədənkənar seçki tələb edən müxalif etirazçılara hücum edib.

Serbiyada hökumət əleyhdarlarının çərşənbə günü başladığı etirazların ikinci günündə şiddətli toqquşmalar baş verib. Vuçiç tərəfdarlarının küçəyə çıxması ilə gərginlik artıb. Serbiyanın şimalındakı Novi Sad şəhərində Vuçiçin lideri olduğu Serb İrəliləyiş Partiyasının (SNS) ofisləri önündə toplaşan hökumət tərəfdarları etirazçılara məşəl atıblar. Partiya mərkəzlərini qorumaq üçün vəzifələndirilmiş polis etirazçılara sərt müdaxilə edib.

Belqrad və Novi Sad şəhərlərində keçirilən etiraz aksiyaları zamanı 60-dan çox vətəndaş və 16 polis əməkdaşı yaralanıb.

Çərşənbə axşamı Vrbasda Vuçiç tərəfdarlarının etirazçılara məşəl, daş və şüşə atması hökumət əleyhdarlarının etirazına səbəb olmuşdu. Aylarla dinc şəkildə davam edən hökumət əleyhinə aksiyalarda son vaxtlar Vuçiç tərəfdarlarının da küçəyə çıxması ölkədə zorakılıq riskini getdikcə artırıb.

Paytaxt Belqrad da daxil olmaqla minlərlə insan küçələrə çıxarkən polis etirazçılara sərt müdaxilə edib. Kralyevo, Kraguyevac, Çaçak və Niş şəhərlərində də oxşar etirazlar keçirilib.

Noyabr ayında Novi Sadda dəmir yolu vağzalının damının uçması nəticəsində 16 nəfərin həlak olması, dövlət infrastruktur layihələrində korrupsiyaya qarşı başlayan etirazları alovlandırıb. Universitet tələbələrinin öncülük etdiyi etirazlar, həmin gündən bəri cəmiyyətin müxtəlif təbəqələrindən yüz minlərlə insanı küçələrə toplayaraq hökumət əleyhinə aksiyalara çevrilib.

Belqradda rəsmi səfərdə olan Avstriya kansleri Kristian Stoker ilə birgə mətbuat konfransında çıxış edən Serbiya Prezidenti Vuçiç, prezidentin də seçildiyi ümumi seçkilərin nəzərdə tutulandan daha əvvəl keçiriləcəyini açıqlayıb. Seçki tarixi barədə məlumat verməyən Vuçiç, bunun Serbiya institutları tərəfindən müəyyən ediləcəyini bildirib. Serbiyada prezidentlə yanaşı parlament üzvlərinin də seçildiyi seçkilər hər 5 ildən bir keçirilir.

Nigar Hacılı 
"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:40
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Avqust 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see178

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see171

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri