Icma.az
close
up
RU
Küçəyə çıxa bilmirik, azərbaycanlıların çoxu Türkiyəyə qaçır Montoneqrodakı soydaşımızla MÜSAHİBƏ

Küçəyə çıxa bilmirik, azərbaycanlıların çoxu Türkiyəyə qaçır Montoneqrodakı soydaşımızla MÜSAHİBƏ

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Monteneqronun paytaxtı Podqoritsada yerli sakinin Türkiyə vətəndaşı tərəfindən bıçaqlanmasından sonra polis aralarında azərbaycanlıların çoxluq təşkil etdiyi 45 nəfəri saxlayıb. Məlumata görə, hazırda yerli əhali başda türklər olmaqla, ölkədə yaşayan miqrantlara qarşı genişmiqyaslı aksiyalar keçirir. Həbs olunanlar arasında neçə nəfər Azərbaycan vətəndaşının olduğu hələlik dəqiq məlum deyil.

Oxu.Az xəbər verir ki, Podqoritsada işləyən soydaşımız Ağa Cavadov son vəziyyətlə bağlı "Yeni Sabah"ın suallarını cavablandırıb:

- Montoneqro vətəndaşının bıçaqlanması necə baş verib? Hadisədə azərbaycanlıların iştirakı olubmu?

- Mən Podqoritsada kuryer işləyirəm. Yayılan məlumatlara görə, iki nəfər - azərbaycanlı və türk Montoneqro vətəndaşını bıçaqlayıb. Ona görə də yerli əhali ayağa qalxıb. Ümumiyyətlə Montoneqro serbləri türkləri sevmirlər. Tarixdə 500 il Osmanlı əsarətində qaldıqları üçün türklərə qarşı münasibətləri birmənalı deyil. Hadisədən sonra hər axşam Podqoritsada etiraz aksiyaları keçirilir.

- Hazırda bu ölkədə yaşayan azərbaycanlıların vəziyyəti necədir?

- Polis güclü yoxlanış aparır. Özüm də işə çıxa bilmirəm. Şəhər rəsmiləri bizə deyir ki, hava qaraldıqdan sonra ümumiyyətlə çölə çıxmayın. Yerli sakinlər kiminsə türk dilində danışdığını eşidən kimi kütləvi hücumlar edirlər. Özü də əksəriyyəti eyni cür hərəkət edir. Buradakı serblər özlərindən başqa heç kimi bəyənmirlər. Ümumən əcnəbilərə qarşı münasibət birmənalı deyil. Ən çox da türklərə. Son hadisələrdə azərbaycanlıların adı çox çəkilmir. Çünki bizim biznesmenlər bura çox pul qoyub. Hazırda azərbaycanlıların çoxu motosikletini, avtomobilini satır. Serblər çox sayda türk restoranını, türklərə məxsus nəqliyyat vasitələrini dağıdıblar. Deyilənə görə bir həftəyə qədər aksiyalar yekunlaşacaq. Açığı heç inanmağım gəlmir. Tanış uşaqların çoxu Türkiyəyə, Moldovaya, Serbiyaya qaçıb. Aksiyalar əsas Podqoritsada keçirilir. Budvada və digər şəhərlərdə hələlik sakitlikdir.

- Vəziyyətlə bağlı Montoneqrodakı Azərbaycan səfirliyinə müraciət etmisinizmi? Səfirlik tərəfindən hansısa köməklik göstərilibmi?

- Özüm şəxsən Azərbaycan səfirliyinə müraciət etməmişəm. Bizim səfirliyə əvvəllər adi sənəd düzəltdirməyə getmişdim, demək olar ki, köməklik etmədilər. İstəsələr, əlbəttə azərbaycanlılara kömək göstərərlər. Açığı azərbaycanlılara birbaşa hücumlar yoxdur. Dediyim kimi, türklərin arasında olanda və onlara hücum vaxtı nəsə hadisə ola bilər. Burada azərbaycanlılar çoxdur. Hətta deyim ki, serblərin əksəriyyəti bizi çox istəyir. Məncə hökumət əhalini sakitləşdirəcək. Çünki Türkiyə də bunlara çox kömək edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 Oktyabr 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see301

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see269

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see249

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see217

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see214

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see186

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see182

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see180

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see169

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see169

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see166

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see162

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see161

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see161

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see159

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see155

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see155

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see152

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see150

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri