Kukurelya: “İngiltərədə oyun bir anda nəzarətdən çıxa bilər”
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
“Real Madrid”in və İspaniya millisinin cinah müdafiəçisi Mark Kukurelya La Liqa ilə İngiltərə Premyer Liqasını müqayisə edib.
İdman.Biz xəbər verir ki, əvvəllər “Çelsi”də çıxış etmiş futbolçu İspaniyada taktikanın daha çox önə çıxdığını, İngiltərədə isə oyunun daha açıq və gözlənilməz olduğunu deyib:
“İspaniyada futbolun keyfiyyəti daha yüksək ola bilər. Hətta turnir cədvəlinin aşağı pillələrindəki komandalar da futbol oynamağa çalışırlar və bu baxımdan fərq var. Premyer Liqada oyunun bir dəqiqəsi ərzində o qədər hadisə baş verə bilər ki! Oyun bir göz qırpımında çılğınlaşa və nəzarətdən çıxa bilər. İspaniyada futbol daha taktiki, İngiltərədə isə daha gözlənilməz və açıqdır”.
Qeyd edək ki, Kukurelya ötən yay İngiltərənin “Çelsi” klubundan “Real Madrid”ə transfer olunub.
Baxış sayı:110
Bu xəbər 10 Noyabr 2026 19:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















