Küləkli havada bu şəxslər işləməyəcək
Icma.az bildirir, Newscenter.az portalına istinadən.
Milli Məclis küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqda tənzimləməni son oxunuşda qəbul edib.
Newscenter.az xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü iclasında müzakirə olunub.
Layihəyə əsasən, işçilər küləkli havada açıq şəraitli iş yerlərində (o cümlədən həmin iş yerləri üzrə qurğularda) işləyərkən onlara müəyyən olunmuş qaydada fasilələr veriləcək və iş dayandırılacaq.
Həmçinin küləyin gücü 6 baldan 8 baladək olduqda quruda istismar olunan kranlarla işlərin görülməsinə həmin kranların texniki pasportlarında nəzərdə tutulmuş hallarda yol veriləcək. Küləyin gücü 8 baldan artıq olduqda qeyd edilən kranlarla görülən bütün növ işlər hər bir halda dayandırılacaq.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul olunub.
Süleyman
Bu mövzuda digər xəbərlər:Küləkli havada dənizə girməyin! Çağırış
19 İyul 2026 09:10
Küləkli havada dənizə girməyin! Müraciət
27 Avqust 2026 09:21
Küləkli havada işlərə fasilə veriləcək
30 Oktyabr 2026 11:10
Küləkli havada çalışanlara şad xəbər
30 Oktyabr 2026 11:39
Küləkli havada bu işlər dayancırılacaq YENİ LAYİHƏ
14 Sentyabr 2026 11:17
Baxış sayı:134
Bu xəbər 30 Oktyabr 2026 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















