Küləkli havada işlərə fasilə veriləcək
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Küləkli hava şəraitində açıq iş yerlərində, o cümlədən həmin iş yerlərindəki qurğularda işin dayandırılacaq və işçilərə fasilələr veriləcək.
Modern.az xəbər verir ki, bu məsələləri özündə ehtiva edən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik qanun layihısi parlamentin iclasında müzakirəyə çıxarılıb.
Belə ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə edilən dəyişikliklərlə soyuq və isti hava şəraiti ilə yanaşı, küləkli hava da işin dayandırılması üçün nəzərdə tutulan hallara əlavə edilib.
Dəyişikliyə əsasən, küləyin gücü 6 baldan 8 baladək olduqda, quruda istismar olunan kranlarla işlərin görülməsinə həmin kranların texniki pasportlarında nəzərdə tutulmuş hallarda icazə veriləcək.
Küləyin gücü 8 baldan artıq olduqda isə qeyd edilən kranlarla bütün növ işlər dayandırılacaq.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 30 Oktyabr 2026 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















