Icma.az
close
up
RU
Kulturoloq: Röya buna görə həbs edilə bilər, ya da... VİDEO

Kulturoloq: Röya buna görə həbs edilə bilər, ya da... VİDEO

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Xalq artisti Röya Ayxanın konsertində tamaşaçılardan biri ilə dialoqu gündəm olub. Belə ki, müğənni konsertində futbol matçını izləyən şəxsin əlindən mobil telefonunu alaraq irad bildirib. O, həmin şəxsə “məni qoyub futbolu izləyirsən?” deyərək onu təpikləməyə başlayıb. Bu görüntülər sosial şəbəkələrdə tənqid edilib. Əksəriyyət ifaçının belə davranış sərgiləməsinin yanlış olduğunu bildiriblər.

Xalq artistinin bu davranışı necə dəyərləndirilməlidir?

Globalinfo.az-a danışan yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib ki, ölkədə bəzən kütlə tanınmış şəxslərin hansısa hərəkətini, zarafatını anlamır:

“Röya Ayxan konsertdə maraqlı bir piar elementinə əl atıb. Bilinir ki, bu, reklam üçün edilmiş hadisədir. Əgər konsertə rəng qatmaq üçün olubsa, bunu dəstəkləyirik. Çünki dünyanın hər yerində tanınmış müğənnilər, xüsusilə pop musiqisində sənəti ilə tanınmış, yaxşı pul qazanan ifaçılar bəzən belə addımlar atırlar. Röyanın da bu davranışı anlaşılandır. Amma kimisə imitasiya edib təpikləməsi, yaxud mobil telefonunu əlindən alıb ona baxması həm etikadan, həm də mədəniyyətdən kənardır, Xalq artisti adına layiq deyil. Yəni bu, onun nüfuzuna xələl gətirən bir şeydir”.

Aydın Xan Əbilov

Kultroloq bildirib ki, təkcə kişilər yox, qadınlar və tanınmış şəxslər də şiddət göstərirlər:

“Bu, qəti şəkildə pislənilməlidir. Hətta bunun cinayət və inzibati məsuliyyəti də var. Birinə söz deyəndə və ya itələyəndə həbs edilə bilirsiniz, amma Xalq artisti belə bir addım atanda səssizlik yaranır. Hüquq qarşısında sənətçi ilə sadə vətəndaş arasında heç bir fərq yoxdur. Bu cür davranış həm insan hüquqlarına ziddir, həm də şəxsin ləyaqətini açlaltmaqdır. Mindən çox tamaşaçının qarşısında siz (Röya) öz səlahiyyətlərinizi aşaraq başqasını təhqir edirsiniz. Buna görə də hüquq-mühafizə orqanları onun barəsində mütləq ölçü götürməli, məsuliyyətə cəlbedici addım atmalıdır”.

A.Əbilov qeyd edib ki, müğənni vətəndaşların hesabına tanınır:

“İfaçıların tamaşaçılara həm virtualda, həm də reallıqda aşağılayıcı davranışı anlaşılan deyil. Röya Ayxan ya çıxıb bunun sadəcə reklam xarakterli olduğunu açıqlamalı, ya da hüquq mühafizə orqanları bu işlə məşğul olmalıdırlar. Onun kiminsə telefonunu əlindən almaq haqqı yoxdur. “Telefonun səsini azaldın”, və ya “imkan varsa, işıq salmayın ki, tamaşanın işıq kompozisiyasına təsir etməsin” kimi cümlələr deyə bilər. Amma konsert zalına telefon gətirmək qadağan deyilsə, vətəndaşlar ora gəlmək üçün 100, 200, 300, bəzən 1000 manat pul veribsə, o zaman onun smartfonu ilə görüntü götürmək və ya işlə bağlı mesaj yazmaq haqqı var. Dinləyici bununla bağlı şıltaqlıq və hüquqa zidd hərəkətlə rastlaşırsa, mütləq cavabı olmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Noyabr 2025 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see307

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see282

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see281

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see272

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see271

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see263

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see262

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see259

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see252

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see245

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see232

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see231

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see221

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see216

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see214

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see213

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see210

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see198

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see197

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri