Icma.az
close
up
RU
“Kumirim Nəriman Axundzadədir” Uşaq evi sakini Qənirə Zeynalova ilə MÜSAHİBƏ + FOTO

“Kumirim Nəriman Axundzadədir” Uşaq evi sakini Qənirə Zeynalova ilə MÜSAHİBƏ + FOTO

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Qənirə Zeynalova - bu ad hələ bir çoxlarına tanış olmasa da, irəlidəki illərdə böyük gələcək vəd edir. Hazırda futbolla məşğul olan Qənirənin 14 yaşı var, 2 yaşından - 12 ildir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinidir. Ailəsindən isə sadəcə, qardaşı ilə əlaqəsi var. O da başqa uşaq evindədir, bu il əsgər gedəcək...

Qənirə Zeynalovanın teleqraf.az-a müsahibəsini təqdim edirik.

- Futbola həvəsiniz necə yarandır?

- Uşaqlıqdan ən böyük arzum futbolçu olmaqdır. Qardaşım da başqa idman növü ilə məşğul olur. Balacalıqdan televiziyada futbola, futbolla bağlı xəbərlərə baxırdım. Uşaq olanda oğlanlı-qızlı toplaşıb stadiona futbol oynayırdıq. Elə oradan futbola həvəsim artdı. Buna görə asudə vaxtlarımı uşaqlarla futbol oynamaqla keçirirdim. Ən böyük arzum futbolçu olmaq idi. Mövqeyim qapıçı olsa da, həm müdafiədə, həm də hücumda oynaya bilirəm.

- Hansı komandaya azarkeşlik edirsiniz?

- Əsasən Türkiyədə “Fənərbağça”, Azərbaycanda isə “Qarabağ”, “Neftçi”, “Araz-Naxçıvan”.

- Oyunları stadiondan izləmək imkanınız olur?

- Keçən il milli komandamızın oyununu stadiondan izlədik. “Araz-Naxçıvan” - “Qarabağ” oyununu stadiondan izləyənlər arasında idim.

- Kumiriniz kimdir?

- Azərbaycanda Nəriman Axundzadədir. Türkiyədə isə ən çox “Fənərbağça”da Sebastian Şimanskini xoşlayıram. Edersonu da çox bəyənirəm, qapıçı olaraq isə kumirim odur. Yuxarıda otaq var, kompüterdən proyektorla, televizordan baxırıq. Uşaqlarla hamımız birgə oturub futbolu izləyirik. Hansı oyunu istəsək, şərait yaradırlar, biz də baxırıq.

- Nərimanın oyunlarını izləyirsiz?

- Əvvəllər daha yaxşı oynayırdı. İndi bir az zəifləyib. Yenə də mənim üçün Azərbaycanın bir nömrəli futbolçusu Nəriman Axundzadədir. Həm də yaraşıqlıdır. Onunla görüşüm də olub. “Qarabağ”ın oyunçuları ilə görüşmüşük.

- Hansı komandanın oyununa canlı baxmağı arzulayırsız?

- İstərdim ki, Türkiyəyə gedib “Fənərbağça”nın oyununa canlı baxım.

- Bəs ən böyük arzunuz nədir?

- Böyüyəndə tanınmış futbolçu olmağı, Türkiyədə “Fənərbağça”da çıxış etməyi arzulayıram. Bunun üçün çox çalışmalıyam. İstəyirəm ki, sürətli, qaçışda güclü olum. Gücümü artırmaq istəyirəm.

- Ronaldo, yoxsa Messi?

- Heç biri. Mbappe – “Real Madrid”. Onunla görüşməyi çox istərdim. Mən Messi, Ronaldinyo və Suarezlə görüşmüşəm. COP-29 zamanı Bakıya gəlmişdilər, onda görüşmək imkanımız yarandı. Ronaldinyo bizə orjinal forma verib, top da imzalamışdı. Messini o qədər də xoşlamıram deyə, ona imzalatdırmadım. Bir az Ronaldinyonu bəyənirəm. Ən çox isə Mbappe. Heç vaxt yadımdan çıxmayacaq bir görüş oldu. Çox özəl gün idi.

- Futbolçu olmasanız, fəaliyyətinizi hansı peşədə davam etdirmək istərdiniz?

- Futbolçu olmasam, çox bacarıqlarım var. Xalça toxuya bilirəm, rəqs edirəm, basketbol, voleybol, tennis oynayıram. Hamısında yaxşıyam, amma hədəfim futbolçu olmaqdır. Yəqin ki, futbolçu olmasaydım, tennisçi olardım.

- Sizi nə xoşbəxt edir?

- Futbol.

- Buradan böyüklərə nə demək istəyərdiniz?

- Məni görsünlər, bacardığımı bilsinlər. “Fənərbağça” məni görüb komandaya dəvət etsin.

- Yaşıdlarınıza nə tövsiyə edərdiniz?

- İstərdim ki, heç bir qız futbol oynamaqdan qorxmasın. Futbolçu olmaq istəyirsə, geri çəkilməsin, yoluna davam etsin. Arzusu və bacarığı olan qızlar futbola davam etsə, Azərbaycanda qadın futbolu irəli gedər.

- Kiminlə görüşmək istəyərdiniz?

– “Qarabağ”ın oyunlarına getmək, Qurban Qurbanov, Zubir və Nəriman Axundzadə ilə görüşmək istərdim.

– Qurban Qurbanova bir istək desəniz, bu, nə olardı?

– “Liverpul”la oyun Bakıda olmayacaq. Amma istərdim ki, gələn dəfə Bakıda olsun və mən o oyunda iştirak edim. “Qarabağ”ın Çrmpionlar Liqasının növbəti mərhəsində “Qalatasaray”la düşməsini istəyərdim. Həm də “Fənərbağça” ilə yoldaşlıq oyunu olmasını istərdim. Elə bir oyun olarsa, “Fənərbağça”ya azarkeşlik edərəm.

– Əlinizdə sehrli çubuğunuz olsa, nəyi dəyişərdiniz?

– İstərdim ki, “Fənərbağça” Azərbaycana gəlsin. Onlarla görüşmək istərdim. Todeşko və bütün futbolçularla görüşməyi arzulayıram. Hansı oyuna getməsəm də, mütləq “Qalatasaray”la derbiyə gedəcəyəm. Səbirsizliklə gözləyirəm ki, böyüyəndə o oyuna gedim. Məncə, bu il çempion “Fənərbağça” olacaq, kim nə deyir-desin. Genduzi və Nqolo Kante gəlsə, daha çox güclənəcəyik və çempionluğu qazanacağıq. Voleybolda da, basketbolda da, futbolda da çempion bizik.

– Ən böyük arzunuz nədir?

– “Fənərbağça”nın formasını geyinmək. İstəyirəm mənə zəng gəlsin ki, səni kluba seçmişik, gəl.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 16 Yanvar 2026 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see251

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see207

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see200

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see191

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see175

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see174

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see153

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see152

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see152

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see149

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see144

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see142

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see138

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see137

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see136

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see134

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see132

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see132

26 yaşlı etirazçı edamdan son anda belə qurtuldu

15 Yanvar 2026 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri