Icma.az
close
up
RU
Kür daşdı, bu məhsul bahalaşacaq AÇIQLAMA

Kür daşdı, bu məhsul bahalaşacaq AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kür çayının daşması nəticəsində geniş əkin sahələrinin, xüsusilə kartof plantasiyalarının su altında qalması kənd təsərrüfatında narahatlıq yaradıb. Təbii fəlakətlərin məhsuldarlığa təsiri hər zaman bazarda dalğalanmalara səbəb olub və bu dəfə də istisna deyil. Fermerlərin zəhməti və mövsümün məhsulu təhlükə altına düşdükcə, bu vəziyyətin həm istehsala, həm də qiymətlərə necə təsir edəcəyi əsas müzakirə mövzusuna çevrilib.
Kənd təsərrüfatı üzrə ekspert Şahin Nəcəfov Demokrat.az-a açıqlamasında deyib ki, son vaxtlar müşahidə olunan intensiv yağışların kənd təsərrüfatına ciddi təsir göstərməsi qaçılmazdır:
“Bu cür yağıntılar göbələk və digər xəstəliklərin inkişafı üçün əlverişli şərait yaradır. Kartof istehsalına gəldikdə isə, burada həm müsbət, həm də mənfi tərəflər mövcuddur. Dəmyə şəraitində, yəni suvarma imkanı olmayan və yalnız təbii yağıntılar hesabına becərilən kartof sahələrinə bu yağışlar müsbət təsir edir. Lakin bunun üçün fermerlər vaxtında aqrotexniki tədbirlər görməlidirlər. Xüsusilə yağışlardan sonra yaranan göbələk və digər xəstəliklərə qarşı müntəzəm dərmanlama aparılmalı, həmçinin gübrələmə və yarpaqdan yemləmə tədbirlərinə ciddi diqqət yetirilməlidir. Kür ətrafı ərazilərdə, o cümlədən
Kürdəmir rayonunda baş verən daşqınlar isə daha çox mənfi təsirlərlə müşayiət olunur. Bu ərazilərdə torpaqların əsas problemi şoranlaşma və suyu süzmə qabiliyyətinin zəif olmasıdır”.
O qeyd edib ki, nəticədə kartof sahələrində, xüsusilə kök hissəsində çürümə halları qaçılmaz olur:
“Drenaj sistemləri vaxtında təmizlənən və düzgün işləyən ərazilərdə zərəri müəyyən qədər azaltmaq mümkündür. Lakin drenaj sistemi olmayan sahələrdə suyun altında qalan kartof məhsulu ciddi zərər görür və bu, məhsuldarlığa birbaşa mənfi təsir edir. Belə hallarda dövlət sığorta qurumlarının fermerlərə dəstək göstərməsi vacibdir. Çünki təbii hadisələr nəticəsində yaranan əlavə xərclər  dərmanlama işlərinin intensivləşməsi, əlavə aqrotexniki tədbirlərin görülməsi istehsal xərclərini artırır. Bu isə öz növbəsində bazarda qiymət artımını qaçılmaz edir”.
Qeyd edək ki, “dəmyə” anlayışı suvarma imkanı olmayan, yalnız yağış suları ilə becərilən torpaqları ifadə edir. Dağətəyi ərazilərdə, məsələn Gədəbəy kimi rayonlarda əkilən kartof sahələri bu kateqoriyaya aiddir. Belə ərazilərdə yağıntılı hava şəraiti məhsuldarlığın artmasına səbəb olur, quraqlıq isə əksinə, məhsuldarlığı azaldır. Mövcud intensiv yağışlar fonunda dəmyə şəraitində becərilən kartof sahələrində məhsuldarlığın artacağı gözlənilir.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Aprel 2026 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri