Kurban Berdiyev: Bilirdik ki, Karvan Yevlax əks hücumlarda təhlükəlidir
Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
"Turan Tovuz" Misli Premyer Liqasının 9-cu turunda səfərdə "Karvan-Yevlax"ı 2:1 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Çox çətin oyun oldu. Bilirdik ki, "Karvan-Yevlax" əks-hücumlarda təhlükəlidir. Onlardan biri qolla nəticələndi. Uşaqlara təşəkkür etmək istəyirəm, geridönüş edə bildilər.
- Komandanın oyunu sizi qane etdi?
- Tam olaraq yox. Səhvlərimiz üzərində işləyəcəyik. Qələbə bizim üçün çox vacib idi.
- Rəhim Sadıxovun start heyətində meydana çıxması nə dərəcədə doğrudur?
- Rəhim yaxşı məşqlər etmişdi. Ümumiyyətlə, keçən oyunda da yaxşı çıxış etmişdi, ona görə də, seçimimiz onun üzərində oldu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 24 Oktyabr 2025 17:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















