Icma.az
close
up
RU
Xəzərə şükür Azad Müzəffərli yazır

Xəzərə şükür Azad Müzəffərli yazır

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

(hekayə)

        Xəzəryanı ölkələr təlatümdəydi. Planetin ən nəhəng qapalı su hövzəsinin dayazlaşması təşviş doğururdu. Xəzər dənizinin səthinin ümumi sahəsinin son illərdə 20 min kvadratkilometr azalması, bəzi ərazilərdə suyun sahildən kilometrlərlə çəkilməsi ciddi narahatlığa səbəb olmuşdu. Limanlar, terminallar, balıqçılıq təsərrüfatları, turizm obyektləri, dənizkənarı istirahət ocaqları və digər sahil infrastrukturu təhlükədəydi. İnsan heç təsəvvürünə belə gətirməyi özünə rəva bilməzdi ki, Bakı bulvarının əzəməti tezliklə heçə dönər, soydaşlarımız, eləcə də, paytaxtımızın qonaqları buradakı sözlə ölçüyəgəlməz istirahət imkanı və mənəvi təəssüratlarından məhrum olarlar.

     Xəzərin dayazlaşması problemi ilə bağlı Bakıda keçiriləcək beynəlxalq konfransın giriş məruzəsini hazırlayan tanınmış ekoloq Etibar üzərinə düşən məsuliyyətin öhdəsindən layiqincə gəlmək üçün özünə əl qatmışdı. Bilik və bacarığını əsirgəmirdi. Gecəli-gündüzlü zəhmətə qatlaşmışdı.

     Di gəl, son bir neçə gündə iş yerindən evə nahara yollanarkən avtobusda şahidi olduqları ona sakitlik vermirdi. Elə bu səbəbdən bəzən məruzəsinə də tam köklənə bilmirdi. İş orasındaydı ki, onunla eyni avtobusla gedib-gələn məktəblilərdən ikisinin mənəvi cılızlığı Etibarı lap sarsıtmışdı.

      İstifadə etdiyi avtobus yaxın vaxtlarda yenilənmişdi, olduqca müasir və rahat idi. Sonuncu dayanacağı onun iş yerinin yanında yerləşən həmin avtobusun dizaynı və rəng seçimi isə insanın ruhunu oxşayırdı. Etibar adəti üzrə arxa oturacaqda əyləşərdi. Baxmayaraq ki, pensiya yaşına çatmaqdaydı, ehtiyac olan kimi mütləq qaydada qadınlara və kiçik yaşlı məktəblilərə yerini verərdi.

     Bir neçə gün əvvəl nahara evə yollanarkən yenə həmin avtobusa mindi. Axırıncı dayanacaq olduğundan burada avtobusun xidmətindən ən çoxu təxminən altı-səkkiz nəfər istifadə edərdi. Kartını vurub arxa oturacağa sarı yollananda oğlan məktəblilərdən birinin ona baxaraq digərinə nəyisi işarə etdiyini tutdu. Onların yanlarından ötərkən üzbəüz oturacaqlardan birində yanaşı əyləşən həmin məktəblilərdən nisbətən irigövdəlisinin ayaqlarını qoşalayaraq qarşıdakı oturacağın düz ön hissəsinə dayamasının şahidi olanda çaşqınlıq içindəydi. Axı, gün ərzində neçə-neçə sərnişin həmin oturacaqda əyləşəcəkdi. Dərd orasındaydı ki, cəmi ikicə gün sonra daha bir məktəblinin eyni hərəkətini görəndə matı-qutu qurumuşdu. Özü də yuxarı sinif şagirdi olan bu məktəbli qız uşağı idi. Onunla qoşa əyləşən rəfiqəsinin “ayağını çək” mənasında dostcasına təkidlə işarəsinə o da məhəl qoymadı. Etibar əvvəllər bu cür eybəcər mənzərənin şahidi ola biləcəyini ağlına belə gətirə bilmirdi.

      Gördüklərindən dəhşətə gələn ekoloq məruzəsini iş yerindəcə məhz tədbir başlayan günü birtəhər yekunlaşdırdı. Artıq Xəzərin dayazlaşması onun üçün əməllicə-başlıca adiləşmişdi. Ağlına isə haradan gələ bilərdi ki, bu hələ şahidi olduğu “film”in jurnalı imiş.

      Şənbə günü idi. Beynəlxalq konfrans günortadan sonra baş tutacaqdı. Alayarımçıq nahar eləyib Etibar tədbir yerinə yollandı. Avtobusa ayağını basar-basmaz çəkinə-çəkinə üzbəüz oturacaqlara sarı boylandı. Şükür, orada bu dəfə təxminən yaşı əllidən yuxarı olan kişi və qadın əyləşmişdi. İstirahət günü idi deyə, avtobusda seyrəklik idi. Etibar arxa oturacağa sarı yan alar-almaz kişi əlini yanına apararaq qadına ciddi-cəhdlə nəyisə işarə elədi. Xanım heç nə olmayıbmış kimi yanakı baxışlarla ərini süzməklə kifayətləndi. Etibar onların yanından ötərkən sezdirmədən gözucu qadına sarı boylandı. Anındaca az qala huşunu itirə. Qadın ayaqlarından birini qarşıdakı oturacağın ön hissəsinə dirəmiş, digərini isə lap oturacağın üzərinə uzatmışdı. Deyəsən, dəbli ayaqqabılarına baxıb həzz alırdı. Ekoloq ehmallıca arxa oturacaqda yerini aldı.  Qadın hələ də ayaqlarına istirahət verməkdəydi, sanki çimərlikdəydi.

      Gördüklərindən tərki-dünya olan Etibar xəyalən özünü birtəhər bulvara yetirib dənizə atmaq istədi. Həmin məqamda qeyri-ixtiyari diksindi ki, ey dili qafil, axı, Xəzər çoxdan dayazlaşıb, sular sahildən xeyli aralanıb. Həmin məqamda onun gücü əlacsızlıqdan yalnız könülsüzcəsinə məruzəsinə göz yetirməyə çatdı.

                                                             

P.S: Hekayə məhz avtobusda eynilə şahidi olduqlarım əsasında qələmə alınıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://adalet.az
archiveBu xəbər 11 Noyabr 2026 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see330

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see329

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see324

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see321

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see305

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see297

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see293

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see280

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see278

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see271

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see252

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see251

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see249

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see235

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see227

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see227

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see223

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see218

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri