Kurban Berdıyev: Rəhimin butsu çıxmışdı, amma qayda pozuntusu qərarı verilmədi
sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Misli Premyer Liqasının XXII turunun "Sabah" – "Turan Tovuz" oyunundan (2:1) sonra qonaq komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…
– İkinci hissənin ilk 15 dəqiqəsində toparlana bilmədik və 2 qol buraxdıq. Sonradan vəziyyəti dəyişmək alınmadı.
– Xəyal Nəcəfov və Ayxan Hüseynovun oyuna gec daxil olmasının səbəbi nə idi?
– Tez dəyişiklik edə bilərdik. Sadəcə qərarım belə oldu.
– Rəqib sizə nədə sürpriz etdi?
– İkinci toplarda uduzduq. İkinci qol zamanı hakimlə mübahisə oldu. Rəhimin butsu çıxmışdı, amma qayda pozuntusu qərarı verilmədi.
– İdarəçilikdən razı qaldız?
– Nəsə deyəcəm, nəsə dəyişəcəksə, başqa məsələ. Amma dəyişməyəcəksə, mənası yoxdur. Yoruldum bunu deməkdən. Joarlimi əllə saxlayırlar, amma hakim oyunu dayandırmır.
Baxış sayı:96
Bu xəbər 09 Fevral 2025 20:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















