Kürdəmirdə fövqəladə halların nəticələrinin aradan qaldırılmasına dair məsələlər müzakirə edilib
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 25 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də, xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda dəyirmi masa təşkil olunub.
Nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən AZƏRTAC- verilən məlumata görə, dəyirmi masada çıxış edənlər fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində qarşılıqlı fəaliyyətin əhəmiyyətindən danışıb, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, eləcə də, yanğın və texniki təhlükəsizlik qaydalarının tələbləri barədə ətraflı məlumat veriblər.
Tədbirdə Aran Regional Mərkəzinin əhatə etdiyi xidməti ərazidə fövqəladə hallarla mübarizə sahəsində həyata keçirilmiş tədbirlər barədə məlumat verilib, bu istiqamətdə icra strukturları ilə mərkəz arasındakı qarşılıqlı səmərəli fəaliyyətin vacibliyindən danışılıb.
Dəyirmi masada mərkəzin əməkdaşları tərəfindən regionda müxtəlif vaxtlarda keçirilmiş monitorinqlərin nəticələrindən bəhs edən fotoslaydlar nümayiş etdirilib, suallar cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 25 İyun 2025 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















