Icma.az
close
up
RU
Kürdəmirin turizm potensialının inkişaf etdirilməsi müzakirə edilib

Kürdəmirin turizm potensialının inkişaf etdirilməsi müzakirə edilib

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının İdarə heyətinin üzvlərinin təşəbbüsü ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Elxan İbrahimov arasında görüş baş keçirilib.
Newscenter.az xəbər verir ki, görüşdə rayon ərazisində mövcud olan Carlısu termal mənbəyinin müalicəvi əhəmiyyəti, əlvarişli tranzit məkan fünksiyası daşıyan rayonun turizm potensialı, o cümlədən aqroturizm, birdwatching (köçəri quşları seyr etmə) və ekstremal elementli turizm(safari tur) və digər alternativ turizm növlərinin inkişaf prespektivləri müzakirə olunub. Həmçinin, müxtəlif turizm növləri üzrə təlimlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Görüşdən sonra işçi qrupunun yaradılması təşəbbüsü irəli sürülüb. Bununla əlaqədar fəaliyyət planının tərtib olunması qərara alınıb.
Qeyd edək ki, Azərbaycanın aran rayonlarından olan Kürdəmirin kəşf edilməyi gözləyən məkanlardan biridir. İlk təsəvvürdə insanlar Kürdəmirin əlverişsiz şəraitə malik olduğunu düşünsə də, bölgə fərqli turizm potensialına sahibdir.
Rayonun kütləvi əkinçilik, bostançılıq sahələri bir çox kənd təsərrüfatı məhsulunun yetişdirilməsinə imkan yaradır. Bu baxımdan Kürdəmir aqroturizmin inkişaf etdirilməsi üçün şəraitə sahibdir. İlkin mərhələdə bir pilot layihə kimi bir neçə aqro təsərrüfatın bazasında öz məhsulunu özün topla və özün bişir-özün ye konsepsiyası ilə nümunəvi aqroturizm müəssisələri yaradıla bilər.
Hər hansı bölgənin inkşafı üçün əsas amil olan tranzit yollarının üzərində yerləşməsidir. Kürdəmir həm tranzit yollar üzərində yerləşir, həm də köçəri quşların köç dəhlizi rolunu oynayır. Odur ki, xüsusi yerlərdə bir sıra imkanlar yaradaraq quşları izləmək imkanı ilə bölgədə yeni turizm imkanları yaratmaq mümkündür.
Bir çox isti iqlimi olan ölkədə yarımsəhralarda təşkil olunan avto-motor turlarının (ceep safari və.s) Kürdəmirdə də yaratmaq imkanı var.
Rayon ərazisində yerləşən bir sıra qədim abidələr turizmin inkişafına töhfə verə bilər. “Şəhərgah yaşayış yeri” adlı tarixi arxeoloji abidə, Sığırlı kəndindəki ilk orta əsrlərə aid olan Qaratəpə yaşayış yeri və qədim qəbiristanlıq bölgənin tarixi və qədimiliyini təsdiqləyir.
Kürdəmirin ərazisindən Kür çayı, Girdiman və Ağsu çayları axır. Kür çayının sahillərində nadir Tuğay meşələri mövcuddur. Mollakənd kəndində isə çay və balıqçılıq turizmini inkişaf etdirmək olar. Həmin kənddə, eyni zamanda radon və yod maddələri ilə zəngin mineral su mənbəyi vardır. Oradakı “Ulusu” sanatoriyasında 100-dək xəstəliyi müalicə etmək mümkündür.
1969-cu ildə Carlı Kəşfiyyat Qazma İdarəsi tərəfindən Kürdəmir rayonunun Mollakənd kəndi ərazisində neft yatağı aşkarlamaq məqsədilə qazıntılar aparılan zaman termal su yerin səthinə çıxıb.
Termal suyun tərkibində aparılan labarator analizlərdə revmatik və oynaq xəstəlikləri, dəri xəstəlikləri, sinir sistemi gərginliyi və stress, maddələr mübadiləsinin stimullaşdırılması, reabilitasiya məqsədilə istifadə üçün yararlı olduğu aşkarlanıb.
Termal suyun insan üçün, bölgənin turizmi, iqtisadiyyatı üçün faydaları saymaqla bitmir.
Carlı suyu ev şəraitində, dəriyə qulluq vasitəsi kimi (pilinq, skrab), termal şampun və saç baxımı vasitəsi, spa sabunu hazırlamaq üçün vasitə, saç tökülməsi və dəridə qaşınmaya qarşı vastilə kimi istifadə edilə bilər.
Suyun faydalarının hər birindən yararlanaraq bölgənin iqtisadi inkişafına təkan vermək olar. Ölkəmizin bizə yaratdığı təbii imkanlar vətəndaşların kəşfini gözləyir.
Yarımsəhra şəraitində “Jeep” və safari avto-moto turları əyləncəli, ekstrimal turizmin inkişafına təkan verə bilər.
Kənd təsərrüfatı sahəsində bəlli faəliyyət planı ilə müxtəlif QHT-lər və yerli icmaların iştirakı ilə pilot layihələr həyata keçirmək olar. Marşrut xətti üzrə hərəkət edən turistləri yeməyə saxlamaq, mövsümi meyvələrdən pay etmək olar.
Mövsümündən asılı olaraq həmin ərazilər köçəri quşların da dayanacaq yeridir. Kürdəmirdən flaminqo quşlarını izləmək də mümkündür. İl boyu həmin ərazilərdə planları həyata keçirərək bölgəni canlandırmaq olar.
Kurort kimi ərazilərin olması üçün suyun bəlli resurslardan keçməsi, beynəlxalq keyfiyyət sertifikatlarının alınması lazımdır. Termal sudan istilik enerjisinin alınması da mümkündür.
COP29 tədbirindən sonra ölkəmizdə yaşıl, bərpa olunan enerji məsələsi prioritetə çevrilib. İndi əsas məsələ yerli və xarici investisorların bölgəyə cəlb edilməsidir.
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:215
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 15 May 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri