Türkiyədəki ailə faciəsi ilə bağlı 4 nəfər həbs olundu FOTO
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
Türkiyədə qaldıqları oteldə qida qəbul etdikdən sonra səhhətləri pisləşən və daha sonra həyatını itirən Almaniyadan gəlmiş 4 nəfərlik Böcek ailəsinin ölümü ilə bağlı aparılan istintaqda ilk həbs qərarı verilib. Hadisə ilə əlaqədar midye, lokum, kokoreç satıcıları və kafe sahibi həbs olunub.
Milli.Az xəbər verir ki, oteldə qalan Böcek ailəsi bir neçə gün əvvəl qəfildən halı pisləşdiyi üçün xəstəxanaya aparılıb. Əvvəlcə ailənin iki övladı, ana Çiğdem Böcek isə növbəti gün həyatını itirib.
Polis, midye satan Yusuf D., kafe sahibi Fatih Mustafa O., kokoreç satan Ercan E. və lokum satıcısı Fatih T.-ni saxlayaraq bugün məhkəməyə çıxarıb. Onlar barəsində həbs qərarı verilib.
Bundan başqa, otelin işçiləri və oteldə dezinfeksiya aparan şirkətin əməkdaşları da daxil olmaqla ümumilikdə 11 nəfər saxlanılıb.
Polisin araşdırması zamanı oteldə dezinfeksiya aparıldığı məlum olub. Oteldə yoxlama keçirilib.
Aparılan ilkin yoxlamalara əsasən dezinfeksiyada istifadə olunan bəzi maddələrin kənd təsərrüfatında işlədilən və insan sağlamlığı üçün təhlükəli ola biləcək kimyəvi maddələr olduğu müəyyən edilib.
Hazırda götürülmüş nümunələr laboratoriya analizinə göndərilib.
Polisin geniş araşdırması çərçivəsində otelə baxış keçirilib və prosessual tədbirlərdən sonra obyekt rəsmi şəkildə möhürlənərək fəaliyyətinə son qoyulub.
Lalə Qüdrətova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 17 Noyabr 2025 23:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















