Icma.az
close
up
RU
Kursk döyüşündə koreyalı əsgərlər də iştirak edib Gerasimov ETİRAF ETDİ

Kursk döyüşündə koreyalı əsgərlər də iştirak edib Gerasimov ETİRAF ETDİ

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Vladimir Putinə Kurks vilayətindəki əməliyyatların tam başa çatması barədə məruzə edib.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov şənbə günü məlumat yayıb.

2024-cü ilin avqustunda Ukrayna Silahlı Qüvvələri (USQ) gözlənilmədən Kurks vilayətinə hücum etmiş və təxminən 1000 kvadrat kilometr ərazini ələ keçirmişdi. Lakin Rusiya ordusu zamanla bu əraziləri yenidən öz nəzarətinə qaytara bilib.

Mart ayında Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski Ukrayna qüvvələrinin daha əlverişli mövqelərə çəkildiyini və Kurks vilayətindəki mövcud mövqelərini saxlayacaqlarını bildirmişdi. Onun sözlərinə görə, əməliyyatlar zamanı Rusiya tərəfi 50 mindən çox itki (öldürülən, yaralanan və əsir düşən) verib.

Bəzi müşahidəçilər Ukraynanın Kurksda ələ keçirdiyi əraziləri Moskva ilə danışıqlarda mübadilə üçün istifadə edə biləcəyini düşünürdü. Lakin hazırkı vəziyyət bu ümidləri zəiflədir. ABŞ Prezidenti Donald Trampın emissarı Stiv Uitkoffun Putinə təqdim etdiyi planlara əsasən, yalnız Xarkov vilayətinin bəzi ərazilərinin qaytarılması və Rusiya tərəfindən işğal olunmuş Ukrayna torpaqlarının nəzarətinin de-fakto tanınması nəzərdə tutulur.

Gerasimov bildirib ki, Kurks vilayətində Ukrayna ordusunun sonuncu mövqeyi — Qornal kəndinə nəzarət bərpa edilib. Onun sözlərinə görə, Kurks vilayətində döyüşlər zamanı Ukrayna ordusu 76 mindən çox hərbiçisini itirib. "Kurks vilayətində keçirilən əməliyyat zamanı Ukrayna müdafiəsi çöküb, qoşunların xaotik geri çəkilməsi başlayıb və cəbhə xəttindəki çıxıntı 5 gün ərzində 2,5 dəfə azalıb", - general deyib.

O, ilk dəfə Şimali Koreya qoşunlarının Kursk vilayətindəki əməliyyatlarda iştirak etdiyini etiraf edib.

"Koreya Xalq Demokratik Respublikasından (KXDR) olan döyüşçülər Kurks vilayətinin azad olunması əməliyyatında yüksək peşəkarlıq nümayiş etdirib", - Gerasimov bildirib.

Onun sözlərinə görə, Sum vilayətində təhlükəsizlik zonası yaradılır; burada dörd yaşayış məntəqəsi azad olunub və 90 kvadrat kilometrlik ərazi Rusiyanın nəzarətinə keçib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:253
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Aprel 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri