Icma.az
close
up
RU
Alimentin müddəti artırıla bilər

Alimentin müddəti artırıla bilər

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Azərbaycanda nikahı pozulan valideynlərin ali məktəbdə təhsil alan övladlarına həmin müddətdə də aliment ödəmələri təklif olunur.

Moderator.az Oxu.az-a istinadən xəbər verir ki, bu təklifi Milli Məclisin bugünkü plenar iclasında deputat Məlahət İbrahimqızı səsləndirilib.

Bildirilib ki, Ailə Məcəlləsindəki bir məsələ dövlətin həyata keçirdiyi humanist və sosialyönümlü siyasətlə müəyyən qədər ziddiyyət təşkil edir:

"Valideynlərini itirmiş uşaqlara dövlətimiz büdcədən müavinət verir. Əgər 18 yaşından sonra həmin uşaq ali məktəbdə təhsil alırsa, səhv etmirəmsə, 23 yaşa qədər o müavinət davam etdirilir. Amma ailədə nikah pozulduğu halda, valideynlərin övladları qarşısında öhdəliyində problem var. Belə ki, onlar alimenti 18 yaşadək verdikdən sonra uşaq hətta ali məktəbdə oxuduqda ona aliment verilmir. Bu, könüllü qaydada həll oluna bilər. Mövcud qanunvericilikdə belə ehtiva edilir. Dövlətimiz bu ağır yükü büdcənin hesabına üzərinə götürsə, təhsil aldığı halda həmin uşağa 23 yaşına qədər müavinət verilsə, nədən valideyn ali təhsil müddətində də aliment verməsin? Türkiyədə, eləcə də Avropanın bütün ölkələrində bu, qanunvericilikdə öz əksini tapır. Nikah pozulduğu halda valideynin övladına ali məktəbi bitirənə qədər aliment verməsi məcburi öhdəlikdir".

Milli Məclisin sədri Sahibə Qafarova Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədri Əli Hüseynliyə və Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevə tapşırıq verib ki, sözügedən məsələ ilə bağlı birlikdə arayış hazırlansın və ona təqdim olunsun.

Spiker qeyd edib ki, daha sonra bu, onlar arasında müzakirə olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 Noyabr 2026 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see694

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see574

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see321

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see293

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see290

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see279

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see279

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see256

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see253

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see245

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see243

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see242

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see239

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see238

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see238

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see232

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see219

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see211

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri