Torpaq sahələrinin sənədləşdirilməsi ilə bağlı yeni qayda təsdiqləndi
Icma.az bildirir, Modern.az portalına istinadən.
Torpaq sahəsinin planı və ölçüsü sənədi müəyyən hallarda daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün əsas hesab ediləcək.
Modern.az xəbər verir ki, məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Mülki Məcəlləyə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilən sənədlərin siyahısı genişləndiriləcək.
Belə ki, torpaq sahəsinin planı və ölçüsü sənədi də həmin siyahıya əlavə olunacaq.
Bu sənədin hansı hallarda dövlət qeydiyyatı üçün əsas hesab ediləcəyi müvafiq səlahiyyətli qurum tərəfindən müəyyənləşdiriləcək.
Məsələ səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 27 Noyabr 2026 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















