Icma.az
close
up
RU
Kurskdan qayıdan əsgərlər danışır:

Kurskdan qayıdan əsgərlər danışır:

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Kurks vilayətində döyüşən Ukrayna hərbçiləri geri çəkilmə zamanı yaşadıqları dəhşətli mənzərələrdən danışıblar.

Modern.az-ın məlumatına görə, BBC ilə həmsöhbət olan əsgərlər bu prosesi “dəhşət filmi səhnələrinə” bənzədiblər.

Onların sözlərinə görə, Ukrayna ordusunun geri çəkilməsi ağır itkilərlə müşayiət olunub, texnika məhv edilib və Rusiya pilotsuz uçuş aparatları (PUA) fasiləsiz hücumlar həyata keçirib.

Martın 9-da Ukraynalı hərbçi Vladimir bildirib ki, Sudja şəhərində xaos və panika hökm sürür. “Hərbi kolonlar və texnika çıxmağa çalışır. Rus dronları isə onları yol boyu məhv edir”, – o bildirib.

Martın 11-də Maksim qeyd edib ki, Ukrayna komandanlığı geri çəkilmə əmri versə də, Rusiya böyük qüvvə, o cümlədən Şimali Koreyadan gətirilən hərbçilərlə şəhərə hücum edib. “Rusiyanın bu bölgəyə 70 minə yaxın əsgər yerləşdirdiyi təxmin edilir”, – o əlavə edib.

Hərbçi Anton isə bildirib ki, təchizat yolları kəsildiyi üçün logistika tamamilə çöküb. “Silah, sursat, ərzaq və su çatdırmaq mümkün deyil”, – o vurğulayıb. O, Sudjanı piyada tərk etdiyini, dronların daim havada olduğunu və bir neçə dəfə ölümdən dönməli olduqlarını bildirib.

Dmitri isə geri çəkilməni belə təsvir edib: “Yollar məhv edilmiş maşınlar və cəsədlərlə doludur. Minlərlə yaralı və ölən var.” O əlavə edib ki, bəzi əsgərlər 15-20 km məsafəni piyada qət etməyə məcbur olub: "Kursk vilayətində hər şey bitdi... Əməliyyat uğurlu alınmadı”.

Onun hesablamalarına görə, Ukrayna Silahlı Qüvvələri 2024-cü ilin avqustunda sərhədi keçdikdən sonra Kursk vilayətində minlərlə ukraynalı əsgər həlak olub.

Lakin hərbçi Artem hesab edir ki, Ukrayna ordusu Sudja ətrafında şiddətli müqavimət göstərib və Sumı vilayətinə keçidin qarşısını almaq üçün bufer zona yaradıb.

Son məlumatlara görə, Ukrayna ordusu Kurks bölgəsindən tamamilə çıxıb və əməliyyat başa çatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:256
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Mart 2025 22:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see448

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see318

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see295

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see267

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see239

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see237

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see237

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see233

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see230

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see217

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see209

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see202

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see202

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see201

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see199

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see192

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see192

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see192

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see190

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri