Icma.az
close
up
RU
Kursların sınaq imtahanları...

Kursların sınaq imtahanları...

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Keyfiyyət problemi, sui-istifadə halları

Nəzarət funksiyası necə olmalıdır?

Ölkəmizdə abituriyent hazırlığı ilə məşğul olan çoxsaylı təhsil şirkətləri və kurslar fəaliyyət göstərir. Həmin kurslar və ya təhsil qrupları abituriyentlərin bilik və bacarıqlarının yoxlanılması, onların qəbul imtahanlarına nə dərəcədə hazırlıqlı olması üçün müəyyən sınaq imtahanları da keçirir. Ancaq bu sahədə bəzi boşluqlar, çatışmazlıqlar, hətta narazılıqlar var.

Belə ki, valideynlərin əksəriyyəti abituriyent hazırlığı ilə məşğul olan kursların təşkil etdiyi sınaq imtahanlarının keyfiyyətindən o qədər də razı deyil. Bunun isə bir çox obyektiv səbəbləri var. Məsələn, sınaq imtahanlarında sualların yanlış tərtibatı, cavabların uyğunsuzluğu, rus və Azərbaycan bölməsində bəzi sualların səhv tərcüməsi və s. kimi hallar bu sahədəki “axsamaları” biruzə verir. Təbii olaraq bu kimi hallar həm şagirdlər, həm də valideynlər tərəfindən narazılıqla qarşılanır. Çünki bu kimi yanlışlıqlar şagirdlərin imtahan sınaq nəticəsinə mənfi təsir göstərir. Nəzərə alsaq ki, bu imtahanlar müəyyən maddi vəsait qarşılığında baş tutur, demək ki, ortadakı səhv qərarlar mənfi tendensiyalara yol aça bilər.

Sualların tərcüməsi ilə bağlı səhvlər çoxdur

Məsələ ilə sualımızı cavablandıran təhsil üzrə ekspert Elçin Əfəndi “Yeni Azərbaycan”a açıqlamasında qeyd edib ki, müəyyən hazırlıq kursları tərəfindən DİM-in təşkil etdiyi buraxılış və blok imtahanları formatına uyğun şəkildə sınaq imtahanları keçirilir. Lakin bəzi təhsil şirkətləri və kursları bu prosesdə müəyyən naşılıq və texniki xətalara yol verirlər: “Abituriyentlərin belə məqamlarda diqqətli olması vacibdir. Bu cür sınaq imtahanlarında əsasən xarici dillərdə olan sualların tərcüməsi ilə bağlı çatışmazlıqlar, səhvlər olur, yaxud da proqramdan çıxarılmış mövzular həm Azərbaycan, həm də rus bölməsinin abituriyetlərinə təqdim olunur. Ona görə də ən yaxşısı odur ki, bu sahədə uzun müddət fəaliyyət göstərən, etibarlı təhsil şirkətləri və kurslara müraciət edilsin”.

Ayrıca komissiya yaradılmalıdır...

Ekspertin sözlərinə görə, DİM həmin təhsil şirkətləri və hazırlıq kurslarının keçirdiyi sınaq imtahanlarında onlarla hər hansı bir əməkdaşlıq etmir: “Sadəcə olaraq DİM tərəfindən elan olunan buraxılış və blok formatında müvafiq model testlər var. Həmin kurslar da bu modeldə olan testlərdən istifadə edərək, müəyyən suallar tərtib edirlər. Ümumilikdə isə əlbəttə ki, öz işinə hörmətlə yanaşan hər hansı bir təşkilat və yaxud kurs konkret olaraq sınaq imtahanlarının keçirilməsi üçün ayrıca bir komissiya yaratmalıdır. Həmin komissiyada uzun illər pedaqoji fəaliyyətlə məşğul olan şəxslər yer almalıdır. Onlar sualların hazırlanmasında birbaşa məsuliyyət daşıyırlar və həmin sualların hazırlanması zamanı da konkret olaraq Elm və Təhsil Nazirliyinin orta ümumtəhsil müəssisələrində istifadə etdiyi dərsliklərə, həmçinin DİM-in proqramlarına əsaslanan suallar tərtib edilməlidir”.

Maliyyə məqsədi güdən kurslardan uzaq durmaq lazımdır!

E.Əfəndinin sözlərinə görə, abituriyentlər çalışmalıdır ki, bu sahədə məsuliyyətli olan kursların sınaq imtahanlarında iştirak etsinlər: “Amma bəzi kursların keçirdiyi sınaq imtahanlarında suallar olduqca asan salınır ki, abituriyentlər yaxşı nəticə göstərsinlər. Çünki onlar həmin kurslarda hazırlıq keçirlər, nəticələr pis olarsa, şagirdlər həmin müəssisədən imtina edəcəklər, nəticədə isə bu, həmin təşkilatın ümumi maliyyəsinə təsir edir. Bu baxımdan şagirdlər maliyyə məqsədləri güdməyən hazırlıq kurslarına yox, onların inkişafını, bilik və bacarıqlarını obyektiv qiymətləndirməyə çalışan müəssisələrə üz tutmalıdırlar”.

Qiymətlər bahadır...

Ekspert kursların sınaq imtahanları ilə DİM tərəfindən təşkil edilən imtahanları müqayisə edərək qiymətlərin yüksək olduğuna diqqət çəkib: “Buna səbəb kimi isə kurslar DİM-in qiymətləri qaldırdığını, özlərinin də buna uyğun qiymət təyin etdiklərini bildirirlər. Nəzərə çatdırmaq lazımdır ki, DİM-in təşkil etdiyi imtahanlar bütün tədris proqramını, mövzuları əhatə edir. Hazırlıq kursları isə yalnız ay ərzində keçirilən mövzular üzrə imtahanlar təşkil edirlər, yəni tam hamısını əhatə etmir. Belə olan halda isə hazırlıq kursları hər ay biri blok, digəri buraxılış imtahanı olmaqla iki dəfə imtahan keçiriblər. Bir şagird bu imtahanların ikisində də iştirak etmək istəsə, hər ay minimum 20, maksimum 30 manat məbləğində ödəniş etməlidir. Bəzi kurslar bir imtahan qiymətini 8 manat təyin edir, ancaq bu qiymətin özü belə bahadır. Yaxşı olar ki, burada vətəndaşların vəziyyəti nəzərə alınsın, burada minimal məbləğ 5 manata endirilsin”.

Valideynlərin diqqətinə!

E.Əfəndi tədris mərkəzlərinin vergidən yayındıqlarını vurğulayaraq valideynləri diqqətli olmağa çağırıb: “Bu addımların atıldığı zaman onlar imtahanların keçirilməsi ilə bağlı hər hansı bir vergi də ödəmirlər. Yəni vergidən yayınma faktları bu sahədə həddindən artıq çoxdur. İmtahanlar təşkil olunur, ancaq buradan əldə olunan gəlir vergilərə ödənmir.

Valideynlər də mütləq belə vəziyyətlərdə diqqətli olmalıdırlar. Çünki imtahan üçün ödənişi valideyn edir, amma bununla bağlı ona hər hansı bir qəbz verilmir. Nəticə olaraq valideynlər bunu da nəzərə almalıdırlar, çünki bu sahədə dələduzluq baş alıb gedir”.

Yeganə BAYRAMOVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 29 Yanvar 2025 08:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see286

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see270

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see263

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see261

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see261

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see257

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see249

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see243

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see235

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see227

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see219

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see216

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see212

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see210

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see206

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see196

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see195

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see186

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see185

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri