Icma.az
close
up
RU
Repetitorlar işsiz qalır: Kursların da 70 faizi bağlanacaq

Repetitorlar işsiz qalır: Kursların da 70 faizi bağlanacaq

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrində X-XI siniflər üçün nəzərdə tutulan yeni təmayül tədris modelinə şagird və müəllimlərin qeydiyyat prosesi başa çatır.  

2026-2027-ci tədris ilində yeni təmayül tədris modeli Bakı şəhərindəki 31 ümumi təhsil müəssisəsini əhatə edəcək.  Bildirilir ki, yeni təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlıq prosesinin məktəb daxilində daha səmərəli təşkilinə xidmət edir. 

Modelin əsas məqsədi şagirdlərin əlavə hazırlıq kurslarına ehtiyac duymadan məktəbdə təşkil olunan gücləndirilmiş tədris prosesi vasitəsilə ali təhsil müəssisələrinə qəbul üçün zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir. 

Yeni model çərçivəsində tədris prosesi təmayül istiqamətləri üzrə daha məqsədyönlü şəkildə təşkil olunacaq, şagirdlərin seçdikləri ixtisas istiqamətlərinə uyğun fənlər üzrə bilik və bacarıqlarının inkişafına xüsusi diqqət yetiriləcək. Bu yanaşma onların gələcək təhsil hədəflərinə daha sistemli və effektiv şəkildə hazırlaşmasına şərait yaradacaq.  

Qeyd edək ki, təmayül tədris modeli ölkədə əvvəllər də tətbiq olunub və o qədər də müsbət nəticə əldə edilməyib. Yeni təmayül tədris modeli repetitorluğun qarşısını alacaqmı? 

Məsələ ilə bağlı  təhsil üzrə ekspert Elçin Əfəndi “Cebheinfo.az”-a bildirib ki, ölkədə pilot layihə kimi təqdim olunan təmayül tədris modeli bundan əvvəlki dövrdə də tətbiq edilib: 

“Ancaq bu il bir qədər həm əhatəlilik artıb, həm də ümumi proqramda dəyişikliklər var. Yəni həm qrup rəhbəri təyinatı, həm pedaqoji kadrların prosesə cəlb olunması kimi amillər var. 

Bu cür yanaşma bir neçə müddət sonra özünü doğrultduğu halda həm repetitorluq, həm də hazırlıq kursları istiqamətində  ciddi təsir göstərəcək. Bununla da konkret olaraq şagirdlər orta məktəbdə həm universitetə hazırlıq, həm də fənn proqramlarını öyrənməklə birbaşa ali məktəbi qazana biləcəklər. 

Ona görə də bu yanaşma 70-80 faiz repetitorluq və hazırlıq kurslarına təsir edəcək”. Ekspertin sözlərinə görə, bu modelin uğurlu olması üçün əlavə şərtlər kimi müntəzəm olaraq proses izlənilməlidir:

“Aylıq sınaq imtahanları vasitəsilə onların bilik və bacarıqları qiymətləndirilməlidir. Bunun üzərindən alınan qərarlar şagirdlərin ümumi inkişafına təsir göstərməlidir. 

Yəni əgər şagirdin nəticələrində geriləmə varsa, onun artırılması istiqamətində və yaxud da hansısa şagirdin test texnologiyası  zəifdirsə, bütün bunların aradan qaldırılması istiqamətində problem aradan qaldırılarsa, proses daha uğurlu ola bilər. 

Proses özünü doğrultsa, bunu digər bölgələrimizdə də daha əhatəli şəkildə tətbiq edə bilərik. Yəni təmayül siniflər təşkil etmək və  nəticəyönümlü qərarlar qəbul etməklə ümumilikdə bölgələrlə yanaşı, eyni zamanda ucqar ərazilərdə də tətbiq etmək olar. Yəni əsas müsbət nəticənin əldə edilməsidir”. 

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: Repetitorlar Elçin Əfəndi

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 İyul 2026 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri