“Kür”ün həndbolçusu: “Azərbaycanda bizdən başqa komanda yoxdur” MİNGƏÇEVİRDƏN
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
“Kür”ün həndbolçusu Royal Mirzəyev EHF Avropa Kubokunun ikinci mərhələsində Bosniya və Herseqovinanın “Sloga Doboy” klubuna 26:38 hesablı məğlubiyyəti şərh edib.
İdman.Biz-ə açıqlamasında həndbolçu rəqibin daha təcrübəli və güclü olduğunu bildirib.
“Düşünürəm ki, rəqib bizdən daha təcrübəli və güclüdür. Amma biz də meydanda əlimizdən gələni etməyə çalışdıq. Qələbə qazanmaq üçün daha çox oynamalı və məşq etməliyik. Ölkə çempionatı keçirilmədiyindən digər komandalarla qarşılaşmamışıq. Buna görə də bugünkü matç uzun müddətdən sonra ilk oyunumuz oldu. Ümumiyyətlə, Azərbaycanda yalnız “Kür” komandası var, başqası yoxdur. Digər klubların da inkişafına şərait yaradılsa, ölkəmizdə həndbol daha sürətlə inkişaf edə bilər. Biz də daha yüksək səviyyədə çıxış edə bilərik”, - deyə Mirzayev vurğulayıb.
O, oktyabrın 24-də keçiriləcək cavab qarşılaşmasının komandası üçün böyük əhəmiyyət daşıdığını söyləyib. Həndbolçunun sözlərinə görə, bu görüş həm avrokuboklarda mübarizəni davam etdirmək, həm də ölkə çempionatının olmadığı şəraitdə oyun təcrübəsi qazanmaq baxımından vacibdir.
Mirzayev kişi komandasının oyununda qadınlardan ibarət kollektivin Avropa Kubokundakı görüşü ilə müqayisədə daha az azarkeşin olmasına da münasibət bildirib:
“Bəlkə də bu, həmin oyuna biletlərin satılması ilə bağlıdır. Ötən dəfə daha çox tamaşaçı gəlmişdi, hətta bəziləri yer tapa bilməmişdi. Bu dəfə də zal doldu və hamının oyunu rahat izləyə bilməsi üçün başqa tamaşaçılar içəri buraxılmadı.
Bu gün bizi dəstəkləməyə gələn hər kəsə böyük təşəkkür edirəm. Bu, bizim üçün çox şey deməkdir. Sabah da gəlib bizə dəstək olun!”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 23 Oktyabr 2026 19:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















