Icma.az
close
up
RU
Kuryer, mühafizəçi stomatoloqlar İndi də saxta diş həkimləri gündəmdə

Kuryer, mühafizəçi stomatoloqlar İndi də saxta diş həkimləri gündəmdə

Icma.az, Olke.az saytına istinadən bildirir.

Son günlər saxta plastik cərrahların siyahısının yayımlanmasından sonra bu dəfə də ölkədə fəaliyyət göstərən çox sayda saxta stomatoloqun olduğu bildirilir.

Bu barədə Ölkə.Az-a üz-çənə cərrahı Mirzəyev Tural Ələkbər oğlu danışıb. Həkim bu sahədən mütəxəssislərlə birgə məsələni araşdırdıqlarını və əllərində adbaad siyahının olduğunu söyləyib.

T.Mirzəyev saxta stomatoloqların bəzilərinin diplomsuz olduğunu, bəzilərinin işləmək üçün sertifikasiyadan keçmədiyini, bir qisminin isə sadəcə kurslara gedərək bu sahədə çalışdığını iddia edib:

"Araşdırma aparmışıq. Siyahıda 83 nəfərin adı var. Hətta adı hallanan həkimlərin heç biri də çıxıb demir ki, biz saxta həkim deyilik. Eləsi var ki, kuryerlik edib indi gəlib stomatoloq işləyir. 

Bu yaxınlarda bir xanımın 11 dişi çəkilmişdi. Onu edən adam mühafizəçi işləyib. Adam 7-8 ildir stomatologiyadadır. Qaçıb orada-burada gizlənir, pul atır. Tibb bacıları var ki, kiminsə katibəsi olub, sonra klinikada köməklik göstərilib işləyir. Hərəsi bir yerdən diplom alıb.

Hətta dövlət qurumları ilə birgə araşdırmışdıq, konkret 5 nəfərin işləmək üçün sənədi yoxdur".

Fotoda Tural Mirzəyev

Həkimin sözlərinə görə, bu "stomatoloq"ların profillərində paylaşılan bir çox şəkillər başqa səhifələrdən götürülüb. T.Mirzəyev insanları həkim seçərkən ehtiyatlı davranmağa çağırıb:

"Soruşsunlar görək, harada təhsil alıblar, hansı lisenziya ilə fəaliyyət göstərirlər, ortodontiyaya, implantologiyaya icazələri varmı? Hər yerindən duran deyir ki, ortodontam. Ortodont olmaq üçün azı 2 il ordinantura keçirilməlidir. Yoxsa 3 gün Əlinin kursunda, 4 gün Vəlinin kursunda olmaqla ortodont olmaq mümkün deyil. 

Bu, vicdan və milli təhlükəsizlik məsələsidir. Diplomu olmayanların sterilizasiyadan xəbərləri yoxdur. O adama maraqlı deyil ki, işlətdiyi alətin ucunda nə var və ya xəstənin ağız boşluğunda hansı patologiya var". 

T.Mirzəyev Səhiyyə Nazirliyinin Analitika və Ekspertiza Mərkəzində olduğunu və bununla bağlı müraciət etdiyini söyləyib. Ondan saxta stomatoloq olduğu deyilən şəxslərin adbaad siyahısı tələb olunub.

Əldə etdiyimiz məlumata görə, aidiyyəti qurumlar məsələdən xəbərdardırlar. 

Artıq sosial şəbəkələrdə adı saxta stomatoloq siyahısında olan bəzi həkimlərin xəstələri də paylaşımlar etməyə başlayıblar. Həmin stomatoloqlardan biri də Zeynal Allahyarovdur (Zeynalabdin Məmməd oğlu Allahyarov).

Fotoda Zeynal Allahyarov


Sosial şəbəkə istifadəçilərindən biri yazır ki, Z.Allahyarova müalicə üçün avans olaraq 1500 manat ödəsə də, eşitdiyi şikayətlərdən sonra fikrindən daşınıb. Qeyd edilir ki, artıq 1.5 ay keçməsinə baxmayaraq pasiyentə pulu geri ödənməyib. Xanım şikayətçi iddia edir ki, həkim bu müddət ərzində ona heç bir tibbi xidmət göstərməyib.

Digər sosial şəbəkə istifadəçiləri də Z.Allahyarovun saxta həkim olduğunu yazıb. Həkim səhifəsində stomatologiyanı bitirdiyinə dair diplomunu paylaşsa da, işləmək üçün sertifikasiyasının olmadığı bildirilir.

Rəsmi quruma göndərdiyimiz sorğu nəticəsində Z.Allahyarovun məlumatlarının Səhiyyə Nazirliyinin reyestrində tapılmadığı bildirilib.

Barəsindəki ittihamlarla bağlı Ölkə.Az Z.Allahyarovla da əlaqə saxlayıb. O, yalnız 1 saat sonra danışacağını desə də, növbəti cəhdimizdə zəngimizə cavab verməyib.

Qeyd edək ki, T.Mirzəyev saxta stomatoloq olduğunu iddia etdiyi şəxslərin çalışdığı klinikaların da adlarını bildiyini deyib. Onun sözlərinə görə, bu klinikalar paytaxtda əsasən Nərimanov rayonu ərazisində cəmləşib. Bununla belə, sözügedən həkimlərin hər biri ilə bağlı rəsmi dəqiqləşmə aparmağımız mümkün olmadığından hələlik siyahını bölüşə bilmirik. 

Xatırladaq ki, bundan əvvəl vətəndaşlardan daxil olan çoxsaylı şikayətlərdən sonra ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının müəyyənləşdirilməsi məqsədilə səhiyyə nazirinin müvafiq əmri ilə Səhiyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.

Bildirilib ki, Azərbaycan Respublikasının ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) 2025-ci il 31 yanvar tarixinədək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər. Əks təqdirdə 

Mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada və tarixədək təqdim edilmədiyi təqdirdə, bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaq.

Billurə
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://olke.az
archiveBu xəbər 30 Yanvar 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri