Icma.az
close
up
RU
Küvəzdə qalan körpələr dahi olmur Həkim həqiqəti açıqladı

Küvəzdə qalan körpələr dahi olmur Həkim həqiqəti açıqladı

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Küvəzdə qalan uşaqların gələcəkdə dahi olması və ya cinsi problemlər yaşaması ilə bağlı cəmiyyətdə müxtəlif iddialar mövcuddur. Tibb mütəxəssisləri inkubator mühitinin gələcək zehni qabiliyyətlərə və ya bioloji reproduktiv funksiyalara birbaşa təsir göstərmədiyini bildirirlər. Elmi araşdırmalar bu uşaqların yetkinlik dövründəki bəzi davranış fərqliliklərini bioloji faktorlarla deyil, tamamilə sosial-psixoloji amillərlə əlaqələndirir.
Məsələ ilə bağlı pediatr Elşən Tağıyev Demokrat.az-a bildirib ki, “küvəzdə qalan uşaqlar dahidir, amma gələcəkdə şəxsi və cinsi həyatlarında problemlər yaşayırlar” fikri cəmiyyətdə geniş yayılan, lakin elmi əsaslarla tam təsdiqlənməyən bir yanaşmadır:
“Əslində “küvəzdə qalmaq” uşağın vaxtından əvvəl doğulması və ya doğuşdan sonra xüsusi tibbi dəstəyə ehtiyac duyması deməkdir. Bu vəziyyət avtomatik olaraq nə üstün intellekt, nə də gələcəkdə mütləq problemlər demək deyil. Elmi araşdırmalar göstərir ki, xüsusilə çox erkən doğulan uşaqlarda bəzi inkişaf riskləri bir qədər yüksək ola bilər. Bunlara diqqət dağınıqlığı, öyrənmə çətinlikləri və motor inkişafda gecikmə kimi hallar daxildir. Lakin bu, bütün prematur uşaqlara şamil edilmir və onların böyük bir qismi normal, sağlam və uğurlu inkişaf edir. “Dahi olurlar” kimi fikirlər daha çox seçilmiş və diqqət çəkən fərdi nümunələrdən formalaşır”. 
O deyib ki, cəmiyyət adətən uğurlu nəticələri daha çox yadda saxlayır, digər halları isə nəzərə almır:
“Gələcək sosial və şəxsi münasibətlər barədə iddialara gəldikdə isə, bəzi tədqiqatlarda prematur doğulan şəxslərdə sosial adaptasiyanın müəyyən hallarda daha gec formalaşa biləcəyi qeyd olunur. Amma bu, ciddi cinsi və ya reproduktiv problemlər demək deyil və ümumi bir qayda kimi qəbul edilmir. Bu fərqlərin formalaşmasında əsas rol oynayan amillər uşağın doğum həftəsi, çəkisi, nevroloji vəziyyəti, ailə dəstəyi və erkən müdaxilə proqramlarıdır. Ümumilikdə isə bu mövzuya “hamısı belədir” və ya “mütləq belə olacaq” kimi yanaşmaq elmi baxımdan doğru deyil. Hər uşağın inkişafı fərdi xüsusiyyətlər daşıyır və nəticələr də bu fərdilikdən asılı olaraq dəyişir”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 İyun 2026 19:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see316

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see288

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see287

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see278

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see277

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see269

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see268

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see265

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see260

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see253

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see240

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see237

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see229

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see222

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see221

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see220

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see206

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see205

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri