KXDR öz istehsalı olan kamikadze dronları təqdim edib
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Şimali Koreya lideri Kim Çen In ölkədəki bir neçə müdafiə müəssisəsinin istehsal sahəsinə baş çəkib.
Moderator.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.
İstehsal sahələrindən birində dövlət başçısına kamikadze dronların yığılması xətti nümayiş etdirilib. Yayımlanan fotolardan görünür ki, pilotsuz uçuş aparatları əsas qanadın ön hissəsində üfüqi stabilizatorların yerləşdiyi "ördək" sxemi üzrə hazırlanıb.
Dron ikiqanadlı pərvanə ilə təchiz edilmiş mühərrikə malikdir və quruluşuna görə Rusiyanın "Geran-2" pilotsuz uçuş aparatını xatırladır.
Qeyd olunur ki, bu günə qədər sözügedən dronun fotoları internetdə yayımlanmayıb.
Bu mövzuda digər xəbərlər:İranın yeni kamikadze dronları Foto
16 İyun 2025 19:45
KXDR gizli şəkildə kamikadze dronlar istehsal edir Seuldan ETİRAZ
15 Noyabr 2024 16:17
KİV: İranın kamikadze dronları İsraildəki hədəfləri vurub
14 İyun 2025 10:34
KXDR Yaponiyaya xəbərdarlıq edib
11 Yanvar 2026 08:59
KXDR nüvəsizləşdirmə ehtimalını istisna edib
28 May 2026 08:49
Baxış sayı:92
Bu xəbər 19 Sentyabr 2026 08:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















