La Liqa klubunda kütləvi istefalar RƏSMİ
Icma.az, Fanat portalına istinadən məlumat verir.
Mövsümə uğursuz başlayan "Valensiya" baş məşqçi Karlos Korbera ilə futbol üzrə baş icraçı direktor Ron Qurleyi istefaya göndərib.
Fanat.Az xəbər verir ki, istefalarla bağlı qərarı klubun mətbuat xidməti açıqlayıb.
Korberanın məşqçilər heyəti - Lisandro İsei, Hans Gillhaus, Andres Zamora və Malek Şafei də klubdan ayrılıb. "Valensiya"nin gənclərdən ibarət kollektivinin çalışdırıcısı Oskar Sançez müvəqqəti olaraq komandanın baş məşqçisi vəzifəsini icra edəcək.
Ötən həftə "Barselona"ya 0:5 hesabı ilə uduzan "Valensiya" İspaniya klubu La Liqadasında sonuncu yerdədir və beş oyundan bir xal toplayıb. Komanda son dörd matçda məğlub olub.
Karlos Korberanın 2024-cü ilin dekabr ayından çalışdırdığı "Valensiya" ötən mövsüm La Liqada doqquzuncu yeri tutub. "Yarasalar"ın növbəti oyunu çərşənbə axşamı "Deportivo"ya qarşı olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 14 Sentyabr 2026 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















