La Liqanın rəhbəri: “Səudiyyə Ərəbistanı haqqında fikrim dəyişdi”
Icma.az bildirir, Idman.biz portalına istinadən.
İspaniya La Liqasının rəhbəri Xavyer Tebas İspaniya Superkubokunun keçirilməsi üçün Səudiyyə Ərəbistanını uyğun məkan hesab edir.
İdman.Biz xəbər verir ki, Xavyer Tebasin açıqlamasını “Mundo Deportivo” nəşr edib.
“Superkubokun İspaniyadan kənarda keçirilməsini tənqid etməmişdim, əksinə, bunun yaxşı ideya olduğunu düşünürdüm. Sadəcə qeyd edirdim ki, bəlkə də Səudiyyə Ərəbistanı uyğun ölkə deyil. Lakin bir neçə səfərdən sonra düşünürəm ki, bu, çox uyğun məkandır. O vaxtlar daha tənqidi yanaşırdım və bunun doğru ölkə olmadığını hesab edirdim. Amma fikrimi dəyişmişəm — bu, həqiqətən də çox uyğun ölkədir”, — X. Tebas vurğulayıb.
Qeyd edək ki, İspaniya Superkubokunun final oyunu “Barselona” ilə “Real”(Madrid) arasında yanvarın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 10 Yanvar 2026 13:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















