La Liqaya vəsiqə qazanan son komanda da bilindi
Icma.az, Qol.az saytına istinadən bildirir.
2026/2027 mövsümü üçün İspaniya La Liqasına vəsiqə qazanan sonuncu komanda da müəyyənləşib.
QOL.az xəbər verir ki, bu, "Malaqa" olub.
Sözügedən kollektiv pley-offun final mərhələsinin cavab oyununda “Almeriya”nı 2:1 hesabı ilə məğlub edib. Komandalar arasında keçirilən ilk görüş qolsuz heç-heçə ilə başa çatmışdı.
“Malaqa”nın heyətində Ruisi Rubio Karlos 65-ci, David Larrubiya 71-ci dəqiqədə fərqlənib. “Almeriya”nın yeganə qolunu isə 76-cı dəqiqədə Leo Baptistao vurub.
Bununla da “Malaqa” növbəti mövsüm La Liqada çıxış etmək hüququ qazanıb.
Daha əvvəl “Rasinq” və “Deportivo” da elitaya vəsiqə əldə etmişdi.
Öz növbəsində, 2025/2026 mövsümünün yekunlarına əsasən “Oviedo”, “Jirona” və “Malyorka” La Liqanı tərk edib. Həmin komandalar növbəti mövsümdə Sequndada mübarizə aparacaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 21 İyun 2026 02:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















