Icma.az
close
up
RU
Laçın Zirvəsinin strateji və geosiyasi önəmi ŞƏRH

Laçın Zirvəsinin strateji və geosiyasi önəmi ŞƏRH

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Yeni güc mərkəzinin ayaq səsələri

28 May Müstəqllik Günündə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində inşa olunan sayca üçüncü beynəlxalq hava limanı olan Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi oldu. Bu tarixi hadisə təkcə Güney Qafqaz ölkələri tərəfindən deyil, İran, Rusiya, Fransa və Hindistanla yanaşı dünyanın bir çox aparıcı ölkələri tərəfindən diqqətlə izlənildi. Hərbi və siyasi təhlil mərkəzləri olduqca mühüm strateji bir ərazidə-Şərqi Zəngəzurda beynəlxalq əhəmiyyətli, müasir tələblərə cavab verən hava limanının fəaliyyətə başlamasını fərqli prizmalardan şərh etdilər. Ermənistan və Rusiya medası isə Türk dünyası üçün önəmli əhəmiyyətə malik bu tarixi hadisəyə “Soyuq duş” effekti ilə yanaşdılar. Bütün bunların fonunda iki məqam xüsusi diqqət çəkir:
–Laçın hava limanının strateji (həm də hərbi) və lojistik əhəmiyyəti;

-Əliyev-Ərdoğan-Şərif görüşünün siyasi traektoriyasının Güney Qafqaz sərhədlərini aşması;

Deməli, Hindistanın Pakistana hücumu kontekstndə Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçın hava limanının açılışında birlikdə iştirakı sıradan bir addım kimi dəyərləndirilməməlidir. Verilən siyasi ismarış isə belədir: Orta dəhlizin aktuallığının sərgiləmək, marşrut üzərində logistik imkanlarının artırıldığını nümayiş etdirmək.

Hava limanının açılışından sonra Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərifin iştirakı ilə keçirilən Zirvə görüşü isə üç ölkə arasında formalaşan “qardaşlıq ittifaqı”nın strateji tərəfdaşlığa transformasiya edilməsi üçün mühüm addım oldu. Bu birlik yeni dünya düzəni içərisində alternativ əməkdaşlıq platforması rolunu da ön plana çıxardı. Eyni zamanda Laçın görüşü regional güc balansında mühüm dönüş nöqtəsi hesab olunmalıdır.

Azərbaycan Prezidenti İlham Əliyevin Zirvə görüşündəki çıxışı bir sıra vacib siyasi-strateji mesajlarla diqqət çəkdi və bu çıxışı bir neçə aspektdən dəyərləndirmək mümkündür.

Qarşılıqlı dəstək,təhlükəsizlik, etimad və sülh prosesinə sadiqlik
Prezident İlham Əliyev çıxışı zamanı bildirdi ki,Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığımızı bildiririk. Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bu gün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik.

Laçın Zirvə görüşündə Qarabağ, Kəşmir və Şimali Kipr məsələlərində qarşılıqlı dəstəyin ifadə olunması, Hindistan-Pakistan qarşıdurmasında dialoqa çağırış, BMT nizamnaməsinə uyğun həll yollarınının vacibliyinin önə çəkilməsi həssas məqamlardan bir kimi dəyərləndirlməlidir. Bu həm də hər üç ölkənin beynəlxalq hüquqa münasibətinin ifadəsidir.

İqtisadi əlaqələr və qarşılıqlı investiya imkanları

Zirvə görüşü zamanı Əliyev bəyan etdi ki,ölkələrimizin strateji mövqeyindən və dinamik iqtisadi potensialımızdan istifadə etməklə qarşılıqlı faydalar əldə etmək üçün geniş imkanlar var. Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub, Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları qoymağa hazırdır. Hazırda konkret investisiya layihələri üzrə işlər gedir. Siyasət, iqtisadiyyat, energetika, qarşılıqlı investisiyalar, nəqliyyat, müdafiə, kənd təsərrüfatı, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın birgə layihələr və proqramlar vasitəsilə daha böyük sürətlə inkişaf edəcəyinə inanırıq.

Laçın Zirvə görüşündə, həmçinin, iki önəmli nəqliyyat layihəsinin- Şimal-Cənub Nəqliyyat Dəhlizi və Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) müzakirə olunması həm iqtisadi, həm də strateji hədəflər baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Bu marşrutlar Çin, Hindistan, Mərkəzi Asiya və Avropanı birləşdirən geostrateji bağlantılar sistemi olmaqla yanaşı qlobal təsirlərə malik layihənin tərkib hissəsidir. Orta Dəhliz, xüsusilə Çin və Avropa arasında Sakit okean və Atlantik okeanlarını birləşdirən vacib alternativ yoldur. Bu dəhlizlər vasitəsilə ticarət həcminin artırılması, logistik səmərəliliyin yüksəldilməsi və bölgənin geoiqtisadi əhəmiyyətinin artırılması qarşıya qoyulan hədəflərdən birdir.Ölkə başçıları bu layihələrdə üç ölkənin koordinasiyalı şəkildə çalışmasının vacibliyini vurğulayıblar.

Nəzərə alsaq ki,mövcud dünya düzənində ənənəvi təhlükəsizlik arxitekturası öz əhəmiyyətini itirərməkdədir.Belə olan halda Azərbaycan, Türkiyə və Pakistan kimi ölkələrin birliyi yeni güc balansı əsasında təhlükəsizlik sferası formalaşdırır. Bu üçtərəfli əməkdaşlıq yalnız siyasi,iqtisadi, mədəni sahələrlə məhdudlaşmır, eyni zamanda müdafiə sənayesini və hərbi inteqrasiyanı da təşviq edir. Bölgə üçün əhəmiyyətli strateji nöqtədə yerləşən Laçın şəhərində keçirilən bu Zirvə görüş həm regional sabitliyin, təhlükəsizliyin, həm də ədalətə söykənən beynəlxalq hüququn təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.Laçından dünyaya verilən siyasi mesajlar,səsləndirilən fikirlər,aparılan müzakirələr yeni dövrün siyasi bəyannaməsi və güc balansının dəqiqləşdirilmiş xəritəsi kimi oxunmalıdır.

İlham Əliyevin təşəbbüsü ilə uyğun zamanda, uyğun məkənda keçirilən Laçın Zirvəsi mühüm geosiyasi önəm daşımaqla bərabər, geoiqtisadi və strateji tərəfdaşlıqda yeni bir mərhələnin,həmçinin, geosiyasi ittifaqın bünövrəsini qoymuş oldu.Obrazlı şəkildə desək, dünya düzənində yeni bir xətt var: Laçın-Ankara-İslamabad xətti…

İnqilab Şirinli,
Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü,politoloq

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 02 İyun 2025 20:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri