Icma.az
close
up
RU
“Internews Pakistan” Laçın Zirvəsinin əhəmiyyəti fonunda Azərbaycan Pakistan münasibətlərindən yazıb

“Internews Pakistan” Laçın Zirvəsinin əhəmiyyəti fonunda Azərbaycan Pakistan münasibətlərindən yazıb

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 23 iyun, AZƏRTAC

Pakistan İslam Respublikasının nüfuzlu “Internews Pakistan” İnformasiya Agentliyinin rəsmi veb-saytında “Respublika” qəzetinin baş redaktoru Hümbət Musayevin “Azərbaycan-Pakistan əlaqələrinin yeni mərhələsi: strateji əhəmiyyət və Laçın zirvəsi” adlı məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, İslamabadda yerləşən müstəqil informasiya agentliyi “Internews Pakistan” əsasən çap və elektron media sahəsində ixtisaslaşıb, mətnləri, foto və video materialları rəqəmsal multimedia formatında təqdim edir. Hər gün aktual hadisələrlə bağlı xəbərlər, məqalələr, analitik təhlillər və tematik oçerklər yayımlanır. Agentlik ölkə daxilində və xaricində fəaliyyət göstərən 500-dən çox təşkilata - qəzetlərə, radiostansiyalara, televiziya kanallarına və internet portallarına informasiya xidməti göstərir. Nüfuzlu “Internews Pakistan” informasiya agentliyinin rəsmi veb-saytında Azərbaycan–Pakistan münasibətlərinə dair məqalənin dərc olunması isə iki ölkə arasında media və informasiya sahəsində əməkdaşlığın daha da dərinləşməsi baxımından mühüm addım hesab olunur.

Müəllif qeyd edir ki, Azərbaycan–Pakistan münasibətlərinin əsası 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etməsindən dərhal sonra qoyulub. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub və 1992-ci ildə diplomatik münasibətlərin qurulması ilə iki ölkə arasında dostluq əlaqələrinin rəsmi mərhələsi başlayıb. Bu möhkəm tarixi əsas sonrakı onilliklər ərzində siyasi, iqtisadi və hərbi sahələrdə əməkdaşlığın daha da inkişaf etməsi üçün əlverişli zəmin yaradıb.

“Respublika” qəzetinin baş redaktoru Hümbət Musayev yazır ki, bu ilin mayında Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycanın Müstəqillik Günü ərəfəsində Laçına səfəri və burada keçirilmiş yüksək səviyyəli Laçın Zirvəsi Azərbaycan-Pakistan münasibətlərində yeni dövrün başlanğıcı olub. Bu Zirvə ilk dəfə işğaldan azad edilmiş Azərbaycan torpağında üç qardaş ölkənin – Azərbaycanın, Pakistanın və Türkiyənin liderlərini bir araya gətirməklə simvolik və strateji dəyər kəsb edir.

Məqalədə xüsusilə qeyd olunur ki, dövlətimizin başçısı Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün rəmzi kimi Laçında belə bir yüksək səviyyəli tədbirin keçirilməsini ölkənin suverenliyinin bərpası və dirçəliş prosesinin bariz nümunəsi kimi təqdim edib. Prezident İlham Əliyev Pakistana və Türkiyəyə Azərbaycanın haqq işinə göstərdikləri mənəvi-siyasi dəstəyə görə təşəkkürünü bildirib, üçtərəfli əməkdaşlığın strateji səviyyədə davam etdirilməsinin vacibliyini xüsusi vurğulayıb. Prezidentin bu mövqeyi, həm regional təhlükəsizliyə, həm də əməkdaşlıq platformalarının institusionallaşmasına yönəlik siyasi iradənin aydın ifadəsidir.

Hümbət Musayevin fikrincə, Zirvənin Müstəqillik Günündə keçirilməsi bir tərəfdən, Azərbaycanın ərazi bütövlüyü üzərində suverenlik hüququnun təsdiqi, digər tərəfdən isə qardaş ölkələrin bu prosesə dəstəyini göstərir. Laçın Beynəlxalq Hava Limanının açılışı ilə eyni günə təsadüf edən görüş regionun inteqrasiyası və bərpası baxımından mühüm dönüş nöqtəsinə çevrilib.

Laçın Zirvəsi təkcə rəmzi xarakter daşımır, həm də konkret razılaşmalarla yadda qalıb. İqtisadi sahədə SOCAR ilə Pakistanın enerji qurumları arasında imzalanmış sazişlər, o cümlədən neft kəməri layihələri, mayeləşdirilmiş qazın tədarükü və neft məhsullarının uzunmüddətli ixracı iki ölkə arasında praktiki əməkdaşlıq istiqamətlərini formalaşdırıb və iqtisadi tərəfdaşlığın möhkəmlənməsinə töhfə verib. Bundan əlavə, Azərbaycanın Pakistan iqtisadiyyatına 2 milyard dollar həcmində sərmayə qoymaq planı iki ölkə arasında yeni strateji tərəfdaşlıq mərhələsinin başlandığını göstərir.

Hərbi sahədə də əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. Xüsusilə Pakistan istehsalı olan JF-17 Thunder qırıcılarının Azərbaycana satışı, “Üç Qardaş” birgə hərbi təlimlərinin təşkili və müdafiə sənayesi sahəsində həyata keçirilən layihələr bu əməkdaşlığın daha da genişlənəcəyindən xəbər verir. Bu tərəfdaşlıq yalnız ikitərəfli xarakter daşımır, eyni zamanda, Türkiyənin iştirakı ilə regional təhlükəsizlik və sabitlik üçün mühüm amilə çevrilir.

Müəllif qeyd edir ki, perspektivlər kontekstində Azərbaycan ilə Pakistan arasında əməkdaşlıq yalnız enerji və hərbi sahələrlə məhdudlaşmır. Mədəniyyət, təhsil və informasiya texnologiyaları kimi sahələrdə qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün güclü potensial mövcuddur. Xüsusilə Naxçıvan-Lahor qardaşlaşması və nümayəndə heyətlərinin qarşılıqlı səfərləri xalqlar arasında münasibətlərin dərinləşməsinə töhfə verir. Bu əməkdaşlıq yalnız hökumətlər səviyyəsində deyil, həm də cəmiyyətlərarası təmaslarda özünü göstərməlidir.

“Respublika” qəzetinin baş redaktoru beynəlxalq platformalarda nümayiş etdirilən qarşılıqlı siyasi dəstəyə də diqqət çəkərək qeyd edir ki, Azərbaycan daim Pakistanın Kəşmir məsələsindəki haqlı mövqeyini dəstəkləyir, Pakistan isə Qarabağla bağlı Azərbaycanın suverenliyini qəti şəkildə müdafiə edir. Bu siyasi həmrəylik təkcə tarixi dostluğa deyil, ortaq strateji baxışlara əsaslanır.

Laçın Zirvəsi ilə Azərbaycan-Pakistan münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, əməkdaşlıq yalnız siyasi bəyanatlarla deyil, həm də enerji, müdafiə, nəqliyyat və humanitar sahələri əhatə edən konkret layihələrlə möhkəmləndirilib. Bu isə onu göstərir ki, iki ölkə arasındakı münasibətlər artıq dərinləşən strateji ittifaq xarakteri daşıyır. Baş redaktorun qənaətinə görə, Azərbaycan-Pakistan münasibətlərinin bugünkü vəziyyəti və gələcək inkişaf xətti hər iki ölkə, həm də ümumilikdə region üçün sabitlik, əməkdaşlıq və qarşılıqlı fayda vəd edir. Münasibətlərin təməlində qarşılıqlı hörmət, etimad və dərin tarixi-mədəni bağlılıq dayanır. Laçın Zirvəsi bu strateji vizyonun mühüm ifadələrindən biri olub və üçtərəfli əməkdaşlığın davamlı inkişafı üçün güclü platforma yaradıb.

Hümbət Musayevin məqaləsinin “Internews Pakistan” kimi nüfuzlu beynəlxalq informasiya platformasında yayımlanması Azərbaycan və Pakistan arasında mövcud qardaşlıq, strateji tərəfdaşlıq münasibətlərinin iki ölkə üçün vacibliyinin geniş oxucu auditoriyalarına çatdırılması və daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Məqaləni linkə keçid etməklə ətraflı oxumaq mümkündür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 İyun 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri